Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

“Kəpəz” icazəsiz pankarta görə cərimələnib

Xemse

AFFA İntizam Komitəsi “Kəpəz” klubunu cəzalandırıb. “Qərb Xəbər” məlumat verir ki, buna Gəncə təmsilçisinin səfərdə “Turan Tovuz”a 2:3 hesabı ilə uduzduğu I Divizionun XXI tur oyununda baş vermiş hadisələr səbəb olub. “Kəpəz” 5 futbolçusunun sarı vərəqə alması üzündən 80 manat, azarkeşlərin icazəsiz pankart açmasına görə isə 160 manat cərimə olunub. Həmin pankartda baş məşqçi Yaşar … Read more

“Kənd icmalarında qadın liderlər” layihəsi davam edir

278176834 500219341759772 6348649833150371124 n
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovativ Vətəndaş Təşəbbüsüləri İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Kənd icmalarında qadın liderlər” layihəsi çərçivəsində İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri davam edir.

Qərb Xəbər“in məlumatına görə, Qazax Rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə keçirilən təlimlərin beşincisi Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbndə baş tutub. Təlim kursunda 16 kənd sakini olan qadın iştirak edib.

Layihənin məqsədi kənd icmalarında yaşayan qadınların inkişaf etmələrinə şərait yaratmaq və liderlik keyfiyyətlərini innovativ bacarıqlarla inkişaf etdirməkdir.
Qeyd edək ki, təlimlər İradə Həsənova tərəfindən keçirilir. Layihə çərçivəsində daha 2 kənddə təlimin keçirilməsi nəzərdə tutulur.

Bağçalara qəbul iyuldan başlayacaq

554e8becfe20efb63457ab9696688433

“Birinci sinfə qəbulla bağlı son hazırlıq işləri görülür. Yaxın zamanlarda valideynlər Təhsil Nazirliyinin bununla bağlı elanını görə biləcəklər”. “Qərb Xəbər” məlumat verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib. Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrinə qəbul isə iyul ayından başlayacaq: “Bağçaların Təhsil Nazirliyinə verilməsi ilə … Read more

Nərminin məktəb yoldaşları məhkəmədə ifadə verdilər

1578400417 nermin1

Dünən Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. “Qərb Xəbər“in Report-a istinadən məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Nərmin Quliyeva ilə eyni məktəbdə oxuyan S.Abdullayeva və Ş.Abdıyeva, həmçinin 3 kənd sakini ifadə verib. Onlar təqsirləndirilən İlkin Süleymanovun vəkilinin … Read more

Gədəbəydə 31 yaşlı kişi bıçaqlanıb

4d512fb6 b357 3992 9408 c81c7dd6ad65

Gədəbəydə 31 yaşlı kişi bıçaqlanıb. “Qərb Xəbər” bildirir ki, hadisə Qoşabulaq kəndində qeydə alınıb. Kənd sakini, 1991-ci il təvəllüdlü E.Ələkbərov qolundan bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib. O, bildirib ki, hadisə yaxını tərəfindən törədilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Şəmkirdə ev yanıb

255decfac814887

Şəmkir rayonunun Dəllər qəsəbəsində ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzildə ev əşyaları 3 m² sahədə yanıb. “Qərb Xəbər”in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəhid Nihat Adil oğlu Abdullayev anılıb

Capture

Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi yoxdur ki, onun şəhidi olmasın.. Ən ali, müqəddəs və şərəfli zirvə olan şəhidliyə yol ancaq Vətəni, torpağı, milləti canından artıq sevməkdən keçir. Onlar məhz bu cür seçilmişlər idi.

O da siravi vətəndaş kimi həyatını yaşaya bilərdi… Bütövlükdə xalqın deyil, yalnız ata-anasının övladı, bacısının qardaşı ola, ömrünün sonunadək yurd-yuvasının şamını yandıra bilərdi.. Amma o ölümsüzlüyü seçdi… Çünki Şəhidlik ölüm deyil, Vətən uğrunda canından keçmək özünü şüurlu şəkildə qurban vermək deməkdir. Bu, elə bir məqamdır ki, verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə ərmağan edirsən.

“Gənc Qazilər” İB-nin Qazax filialının rəhbərliyi başda olmaqla, bütün üzvləri Şəhid Nihat Abdullayevin doğum günündə onun məzarını ziyarət edib, ruhuna ehtiramlarını bildiriblər. Onlar Birlik olaraq hər zaman şəhid ailələrinin, qazilərin yanında olduqlarını ifadə ediblər.

Nihad Abdullayev 2002-ci il aprelin 13-də Ağstafa rayonunda anadan olub. 2008–2019-cu illərdə 1 saylı Ağstafa rayon tam orta məktəbində təhsil alıb. Subay idi. O, 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Həmin ilin sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Nihad Abdullayev noyabrın 9-da Xocavənd ərazisində gedən döyüşlər zamanı şəhid olub. O, Ağstafa rayon Şəhidlər Xiyabanında dəfn olunub. 18 yaşlı şəhid hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncama uyğun olaraq isə ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib. Yaxınları Nihat Abdullayevlə qürur duyduqlarını hər addımında hiss etdirirlər. Onların yaşadığı küçəyə məhz şəhid Nihat Abdullayevin adının verilməsi ali zirvəyə göstərilən ehtiramdan xəbər verir.

Röyal İslam,
Aymirə İsmayılqızı, Qərb Xəbər

Gənc Ağstafa sakini intihar edib

News

Ağstafa rayonunun Həsənsu kəndində 22 yaşlı gənc özünü asaraq intihar edib. “Qərb Xəbər”in məlumatına görə, 2000-ci il təvəllüdlü N.İsmayılov özünü yaşadığı evin həyətində asıb. İntiharın hansı səbəbdən baş verdiyi dəqiq məlum deyil. Faktla bağlı Ağstafa rayon Prokurorluğu araşdırmalara başlayıb.

Siqaret və qəlyan qiymətləri qalxır

Cigarette mission bar

Bu gündən tərkibində tütün, eləcə də tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün aksiz dərəcəsi 43,0 manatdan 46,5 manata qaldırılıb. “Qərb Xəbər” məlumat verir ki, bu məsələ Nazirlər Kabinetinin 14 mart tarixli qərarı ilə “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb. Qərar dərc edildiyi gündən 30 gün sonra, yəni aprelin … Read more

Azərbaycan və Gürcüstan arasında yeni sərhəd buraxılış məntəqələri yaradılacaq

625806c35d1b3625806c35d1b41649936067625806c35d1af625806c35d1b1

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanunu təsdiqləyib. “Qərb Xəbər” bildirir ki, qanuna əsasən, Azərbaycan və Gürcüstan arasında yeni sərhəd buraxılış məntəqələri yaradılacaq. Azərbaycan və Gürcüstan arasında dövlət sərhədini keçmək üçün 6 (altı) buraxılış məntəqəsi müəyyən edilib. … Read more

Səhiyyə Nazirliyi oruc tutan diabet xəstələrinə çağırış edib

8f413935 1e01 48c1 816f 1722f1fab488

Oruc tutmazdan öncə diabet xəstələri həkimlərin tövsiyələrini nəzərə almalıdır. “Şəkərli xəstələrdə oruc tutmaq müxtəlif ağırlaşmaların inkişaf riskini artıra bilər. Belə ki, qida rejimində kəskin dəyişiklik, hipoqlikemik dərmanlar qəbulundan imtina, maye qəbulunu məhdudlaşdırılması diabetik ketoasidoz, ketoasidotik və hiperosmolyar koma kimi ağır ağırlaşmalara, kəskin trombozun inkişafına, ağır hipoqlikemiyaya səbəb ola bilərlər”. “Qərb Xəbər”in məlumatına görə, bu fikirləri … Read more

Məktəbəhazırlıq qrupları ləğv edilməyəcək

B79b6919 d35b 3f50 b043 17e3d5b46e7d

“Məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının ləğv edilməsi nəzərdə tutulmayıb”. “Report”un xəbərinə görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Təhsil masası”nda deyib. O qeyd edib ki, hazırda həmin qrupların sayı ölkədəki 1-5 yaşlı uşaqları tam əhatə etmir: “Ona görə də məktəblərdə belə qrupların yaradılması məhz həmin boşluğu … Read more

Nazirlik: Təhsil şöbələri ləğv edilməyəcək

Azedu.az tehsilnazirlik88888

“Təhsil şöbələri ləğv edilməyəcək”. APA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin (TN) Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda deyib. Onun sözlərinə görə, Regional Təhsil İdarələrinin yaradılması yerli təhsil şöbələrinin ləğvi və işçilərin ixtisarı anlamına gəlmir: “Təhsil şöbələri Regional Təhsil İdarələrinin nəzdində yerli təhsil struktur bölməsi kimi fəaliyyət göstərəcək”.

Terapevt: “Məktəblilərə oruc tutmaq məsləhət görülmür”

6256ba3a925466256ba3a9254716498509386256ba3a925426256ba3a92544

“Oruc tutan zaman uzun müddət ac qalıb, axşam çox qidalandıqda həzm sistemi narahat olur. Bu zaman köp, epiqastral ağrılar yaranır”. APA xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-terapevti Jalə İbrahimova deyib. Onun sözlərinə görə, bu səbəbdən yatmazdan iki saat əvvəl qida qəbulunu dayandırmaq lazımdır: “Bundan əlavə, məktəblilərə, ali məktəbə hazırlaşanlara, zehni fəaliyyətlə məşğul olanlara oruc … Read more

Yaponiya səfiri Tovuza gəlib

1(131)

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Tovuz rayonuna səfər edib.

“Qərb Xəbər”in məlumatına görə, səfir Tovuz rayon İcra Hakmiyyətinin başçısı Məmməd Məmmədovla görüşüb. Görüşdə rayonun ictimai-siyasi, mədəni həyatı və iqtisadi göstəriciləri barədə səfirə məlumat verib. Vada Cüniçi Azərbaycan və Yaponiya arasında mövcud əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən danışıb, bu il ölkələrimiz arasında əlaqələrin qurulmasının 30 illiyi münasibəti ilə tədbirlərin keçirilməsinin əhəmiyyəti barədə məlumat verib.

Səfir Tovuz şəhərində Şəhidlər xiyabanını ziyarət edib.

Daha sonra diplomat rayon Aşıq Sənəti Dövlət Muzeyi və Dövlət Rəmzləri Muzeyində olub.

Tovuz Regional “ASAN Xidmət” Mərkəzi və “ABAD” Meyvə qurutma fabrikini də ziyarət edən qonağa iş prinsipləri barədə məlumat verilib. Səfir üzüm emalı müəssisəsi, kartof və tərəvəz saxlamaq üçün logistik mərkəz və “Tovuz Aqro” MMC-də yaradılmış şəraitlə də tanış olub.

 

Kürə tökülən çaylarda sululuq artıb

62569409f35b162569409f35b2164984116162569409f35ac62569409f35af

Aprel ayının ilk günlərindən başlayaraq ölkə ərazisində temperatur rejiminin yüksəlməsi və orta dağlıq ərazilərdə qarın tədricən əriməsi nəticəsində çaylarda, o cümlədən Kür çayına tökülən çaylarda sululuq artıb. “Qərb Xəbər”in xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib. “Kür çayının yuxarı axınında, Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 99 sm, su sərfi 2,1 dəfə, … Read more

İlham Əliyevdən vacib açıqlamalar

7ffa2af1 418d 354e a257 625dd87aa872

Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. Prezident Qarabağla və ölkə gündəmi ilə bağlı mühüm məsələlərə toxunub. “Qərb Xəbər” həmin müşavirədəki çıxışından vacib məqamları sizə təqdim edir: Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır. Bir həftə Xankəndidə … Read more

Gəncədə güclü külək yanğına səbəb olub – FOTO

62557e1912b9762557e1912b98164977000962557e1912b9562557e1912b96

Gəncə şəhərində əsən güclü külək yanğına səbəb olub. “Qərb Xəbər” APA-ya istinadən  xəbər verir ki, hadisə şəhərin Adil Ziyadxanov küçəsində qeydə alınıb. İlkin xəbərə görə, yüksək gərginlikli elektrik xəttində baş verən qısaqapanma keçmiş Xalça Zavodunun sahəsində yanğına səbəb olub. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alovun söndürülməsi istiqamətində iş … Read more

Təhsil naziri 3-6 yaşlılar üçün kurikulumu ləğv etdi

Emin emrullayev

Təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nı təsdiqləyib. “Qərb Xəbər” bildirir ki, bu barədə təhsil naziri əmr imzalayıb. Əmrə əsasən, Təhsil Nazirliyinin 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilib. … Read more