Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Fəlakət filmi: Bəzən həyəcan siqnalı da hər kəsin həyatını xilas etmir

1

seymur_kazimov-20
Seymur Kazımov

Bu, müharibədir. Rusiya tərəfi Ukraynaya hərbi təcavüzün adını “xüsusi əməliyyat” qoysa da, bu, heç nəyi dəyişmir. Ölüm, dağıntılar, məcburi köçkünlük, zorakılıq və s. Fəlakət filmini xatırladan bu səhnə nə keçmişin təsviridi, nə gələcəyin ssenarisi. İndi yaşanır. Bu an. XXI əsrin 22-ci ilində. Avropada…

O geniş Ukraynanın elə yerləri var ki, orda insanlar sabaha sağ çıxdıqları üçün özlərini şanslı hesab edir. Çünki həmin ərazilərdə təhlükəsiz yer yoxdur. İstənilən gün və ya günün istənilən saatı ballistik raketlər və ya kasetli bombalar başına tökülə bilər. Rusiya ordusu bu günədək mülki yaşayış məntəqələrini, dəmiryolunda evakuasiya üçün gözləyən vətəndaşları, yardım gözləyən insan növbələrini atəşə tutub. “Bizim hədəfimiz hərbi obyektlərdir” deyən rəsmi Moskva, hərbi ilə yaxından-uzaqdan əlaqəsi olmayan obyektləri və əhalini atəş altında saxlayır. Belə şəhərlərdən də biri Nikolayevdir.

Münaqişə başlandığı gündən artıq ikinci dəfədir ki, bu şəhərə gəlirik. Fevralın 24-dək əksər azərbaycanlının, o cümlədən dünya ictimaiyyətinin o qədər də yaxşı tanımadığı bu şəhər, son iki ayda aparıcı media qurumlarının baş xəbərlərində yer alır. Sözün bütün mənalarında bombardman altında fəaliyyət göstəririk. İnsanlar var ki, artıq 60 gündür belə şəraitdə yaşayırlar. Hazırda onların yeganə dərdi müharibə deyil, çünki indinin özündə humanitar fəlakətlə qarşı-qarşıyadırlar. Bu barədə bir qədər sonra…

Nikolayev fevralın 24-dən Rusiya ordusunun işğal etmək istədiyi əsas şəhərlərdən biridir. Qonşu Xerson şəhəri hazırda Rusiya ordusunun nəzarətindədir. Odessaya doğru irəliləmək üçün buranı tutmaq son dərəcə vacibdir. Müəyyən məntəqələrdə döyüşlər gedir. Martın əvvəlində rus tankları şəhərə daxil olsalar da, hamısı zərərsizləşdirilib. Şəhərin əsas küçə və prospektlərində nəzarət-buraxılış məntəqələri, ağır texnika əleyhinə maneələr quraşdırılıb. Hərbi əməliyyatların ilk günündən şəhəri tərk edənlər var. Şəhərdə uşaqlar, demək olar, qalmayıb. Üzərində “Дiти” (“Uşaqlar” – red.) yazılmış mülki avtomobillərin şəhəri tərk etdiyini müşahidə edirik. Bundan əlavə, əhalini evakuasiya edən avtobuslar da gözə dəyir. Şəhərdə gün ərzində bir neçə dəfə partlayış səsləri eşidilir. Zərurət yarandıqca həyəcan siqnalı verilir ki, insanlar təhlükədən sığortalanmaq üçün sığınacaqlara getsinlər.

Bəzən həyəcan siqnalı da hər kəsin evini və ya həyatını xilas etmir. Aprelin 16-da səhər saat 7-də Rusiya ordusunun atdığı raketlərdən biri düz yaşayış məntəqələrinin yerləşdiyi əraziyə düşdü. Həlak olan olmasa da, binalara ciddi zərər dəyib və yaşanmaz hala düşüb.

Həmin vaxt hadisə yerindəydik və ətraf ərazilərin bombalandığını müşahidə edirdik. Raketlərin haraya düşdüyünü ilk baxışdan müəyyən etmək çətindir. Dayandığımız məntəqə bir neçə saat öncə bombalanıb və hələ də onun yaratdığı közlər alovlanır. Təhlükəli ərazidəyik. İki aya yaxındır, insanlar bu təhlükənin altında yaşayırlar. Bu, hələ ki, sağ qalanlara aiddir.

Əraziyə raket səhər saatlarında düşüb, sakinlərin çoxu evdə olub. Birinci mərtəbədə olanlar özlərini zirzəmiyə çatdıra bilib. Yuxarı mərtəbədə yaşayanlar isə fəlakətlə üz-üzə qalıblar; kimisi özünü birtəhər qapıdan bayıra ata bilib, kimini də qonşular və fövqəladə hallar xidmətinin əməkdaşları təxliyə edib. Sakinlər artıq başqa yerə getmək haqqında düşünür- kiminin evi tamam dağılıb, kimi də daha bu təhlükənin altında yaşamaq istəmir. Başqa birisi isə getməyə yerinin olmadığını deyir.

Çəkilişi bitirib, ərazidən uzaqlaşmağa çalışırıq, amma atəş səsləri bitmir. Avtomobilə əyləşən kimi həyəcan siqnalı verilir və təhlükəsiz məntəqələrdən birinə çəkilirik. Həyəcan bitir və biz də yolumuza davam edirik. Proses gün ərzində bir neçə dəfə təkrarlanır… Raket atəşinin səsləri kimi.

***

Nikolayev sakinlərinin dərdi yalnız bununla bitmir. Bunun üzərinə daha biri də əlavə olunub, əvvəldə xatırlatdığımız kimi, humanitar fəlakət. Aprelin 12-dən şəhərdə içməli və texniki su problemi yaşanır. Şəhərin su təchizatı sistemi raket zərbəsi nəticəsində zədələnib. Zədələnən hissə aktiv döyüşlər gedən ərazidədir, oraya getmək və su təchizatını bərpa etmək faktiki olaraq mümkün deyil.

Şəhərdə hamının əlində boş su qabları və bidonlar var. Hər addımda iri su maşınları dayanıb, qarşısında da uzun növbələr…

Nikolayev Şəhər Şurasının deputatı Ramil Ağabəyovun Pressklub.az əməkdaşına dediyinə görə, əhalinin su ehtiyacının qarşılanması üçün qısa zaman ərzində bəzi tədbirləri həyata keçiriblər. “Odessadan iri tutumlu yük maşınlarında içməli su, iki sudaşıyan maşında texniki su gətirilib. Problem öz həllini tapanadək bu iş davam edəcək. Odessadan olan deputat həmkarım Aleksey Leonova bu dəstəyinə görə təşəkkür edirəm”.

Su problemi şəhərdə bütün restoran-kafe, digər ictimai iaşə obyektlərinin fəaliyyətini iflic edib. Hazırda əsas işlək obyekt marketlərdir ki, insanlar da buradan ən çox su alır. Şəhərdə olduğumuz günlərdə əhalinin çətinliyini və su ehtiyacını üzərimizdə hiss etdik.

***

Sonuncu dayanacağımız martın 7-də işğaldan azad edilmiş Nikolayev Beynəlxalq Hava limanıdır. Rusiya ordusu Ukrayna ərazisində müdaxilə etdiyi ilk gündən etibarən hədəfə aldığı obyektlərdən biri də məhz bura olub. Hava limanının Rusiya ordusundan azad olunmasını Nikolayev vilayəti administrasiyasının rəhbəri Vitali Kim belə qiymətləndirmişdi: “Aeroport bizimdir. Biz öldürdük. Hazırda burada rahatca yerləşirik. Doğrudur, indi təyyarələr uça bilmir, amma hava limanı bizimdir. Nöqtə”.

Aeroport hələ də strateji obyekt kimi dəyərləndirilir və bizə uçuş-eniş zolağını, təyyarələri lentə almağa icazə verilmədi. Yararsız vəziyyətdə olduğuna görə binanın içərisində çəkiliş apara bilmədik, çünki hər an çökmək təhlükəsi var. Hava limanı hazırda rus qoşunlarının əlində olan Xerson şəhərindən vurulub. Aeroportda sonuncu quruculuq işləri 2017-ci ildə aparılıb.

***

18 aprel. Bütün gecə boyu həyəcan siqnalı və artilleriya səsləri səngiməyib. Şəhərə düşən mərmilərin səsi bəzən ən yaxın məsafədən gəlir. Odur ki, gecə heç də rahat keçməyib. Gərginlik, çox güman, günorta da davam edəcək – raket düşən yerləri müəyyənləşdirmək, ölən və yaralanan varsa onları aşkar etmək, bir də əhaliyə su paylamaq.

Şəhərin əhalisi bu vəziyyətdən ciddi psixoloji sarsıntı keçirib. İnsanların davranışlarında, hərəkətlərində bunu aşkar sezmək olur. Həm su çatışmazlığı, həm raket atəşləri altında yaşamaqdan doğan səksəkə, həm də evlərin dağıdılması və ailələrin pərən-pərən düşməsi gərgin ruhi-mənəvi atmosfer yaradıb. Orada olduğumuz müddətdə müsahibə almaq, rəy öyrənmək üçün yaxınlaşdığımız 20-dən artıq sakinin heç biri (!) danışmaq istəmədi. Hətta şəhər rəsmilərinin, ordu və hökumət mənsublarının xahişi və icazəsi ilə də danışmaqdan imtina etdilər. Bu mənəvi fəlakət, yəqin ki, müharibənin ən acı nəticələrindəndir və tezliklə aradan qaldırılması çətin olacaq…

Bu gün səhərdən başlayaraq, xeyli sayda sakin şəhərdən evakuasiya olunub. Həm şəhər infrastrukturuna dəyən zərbə, sosial yaşam şərtlərinin ağırlaşması, həm də hərbi təcavüzün getdikcə daha ağır nəticələr yaratması, raket və artilleriya atəşləri ilə mülki insanların kütləvi öldürülməsi burada yaşamağı mümkünsüz edir…

Yerli hakimiyyət nümayəndələrindən aldığımız məlumata görə, təxliyə olunanları Avropa sərhədlərinə aparıblar, oradan Polşa, yaxud başqa ölkəyə yola salacaqlar.

***

Nikolayevə həmyerlimiz Anar Rəfiyevin təsisçisi olduğu “Ukrayna Enerji Səmərəliliyi və Enerjiyə Qənaət Fondu”nun təşkilatşılığı ilə getdik. Bu təşkilat Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündən xeyriyyə işi ilə məşğuldur; əsasən hərbi qulluqçular və mülki şəxslərə qida, gigiyenik vasitələr, tibbi ləvazimatların verilməsi, o cümlədən hücumdan zərərçəkən şəhərlərin rəhbərliyinə Star-Link avadanlıqlarının hədiyyə olunması, əhalinin təhlükəli zonalardan evakuasiyası, yardımların rahat çatdırılması üçün yol xəritələrinin hazırlanması kimi işlər görür.

Qazaxda avtoqəza qeydə alınıb

4b0e780f 5bc4 4da4 9f18 70a5f22d958d

Qazax şəhərində “Moskvich” markalı avtomobillə “Volkswagen passat” markalı avtomobil toqquşub.

“Qərb Xəbər”in məlumatına görə, hadisə “Kapital Bank”ın Qazax filialının qarşısında qeydə alınıb. 

Nəticədə insan təlafatı və yaralanma qeydə alınmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Bundan əlavə, baş vermiş hadisə şəhərdə nəqliyyat vasitələrinin hərəkətinə də məhdudiyyətlər yaradıb. 

Buraxılış imtahanlarında çətinlik yaradan nədir? – Ekspert

1650266251 buraxilis

“9-cu sinif şagirdləri arasında keçirilən buraxılış imtahanının ilk həftəsində şagirdlər tərəfindən ciddi narazılıqlar eşidildi. Xüsusən də riyaziyyat fənni və ingilis-dilindən dinləmə mətinləri və s. olan suallar müyyən qədər şagirdlər tərəfindən haqlı narazılıqlara səbəb oldu”. Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında riyaziyyat fənninin sullarının çətinliyi ilə … Read more

Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb – Siyahı

387076f4 e0aa 3f8c ad0b 8bb0bda6f61d

Prezident İlham Əliyev “Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında” sərəncam imzalayıb. “Qərb Xəbər” xəbər verir ki, sərəncamla Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min … Read more

Ukrayna hekayəsi: “Rusiyalı əsgər mənə təcavüz etdi, ərimi öldürdü”

124086365 af7d5164 cf1a 4d6d 9e0d 3127ecda8c94.jpg

Rusiya hərbçiləri Ukrayna paytaxtı Kiyev ətrafındakı ərazilərdən çıxdı – geridə travmalar, bəlkə də heç vaxt sağalmayacaq yaralı həyatlar qoyub gedərək… BBC işğalçı əsgərlərin ukraynalı qadınlara təcavüzüylə bağlı sübutlar toplayıb, şahidlərlə görüşüb. Kiyevdən qərbə doğru 70 km aralıda yerləşən bir kəndin sakini, şərti olaraq Anna adlandırdığımız 50 yaşlı qadın martın 7-də evlərinə qəfildən bir əsgər girdiyini, … Read more

İndən belə əmək müqaviləsinə yeni qaydada xitam veriləcək

625d2029b2c1a625d2029b2c1b1650270249625d2029b2c18625d2029b2c19

Azərbaycanda əmək müqaviləsinə xitam verilməsinə dair yeni prosedur müəyyənləşir. “Qərb Xəbər”in məlumatına görə, bu, Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, fiziki şəxs olan işəgötürənlə bağlı bir sıra hallar baş verdikdə, onlar tərəfindən bağlanılmış və əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilmiş əmək müqavilələrinə xitam verilməsi zərurəti yaranır, lakin əmək müqaviləsinə … Read more

“Kənd icmalarında qadın liderlər” layihəsi sürətlə davam edir

IMG 20220419 WA0001

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovativ Vətəndaş Təşəbbüsüləri İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Kənd icmalarında qadın liderlər” layihəsi çərçivəsində İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri davam edir. “Qərb Xəbər”in məlumatına görə, Qazax Rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə keçirilən təlimlərin altıncısı Qazax rayonu İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta … Read more

Kəlbəcərdə Başlıbel faciəsinin qurbanları anılıb

625cfe22ad34b625cfe22ad34c16502615378aef2363bd9bcb910c63a34c9ebf8bdc

Başlıbel qətliamının 29-cu ildönümü ilə bağlı Kəlbəcərə səfər təşkil edilib. APA-nın xəbərinə görə, səfərdə qətliam qurbanlarının ailə üzvləri, qətliam zamanı 113 gün mühasirədə yaşamış şəxslər və media nümayəndələri iştirak ediblər. Kənd sakinləri əvvəlcə ermənilər tərəfindən darmadağın edilmiş evlərinə baxış keçirib, kəndlə bağlı xatirələrini bölüşüblər. Daha sonra Başlıbel qətliamının baş verdiyi yerdə olub, şəhid olmuş şəxslərin … Read more

Şəmkirə sığınmış ukraynalı köçkün ilə müsahibə

IMG 20220417 091206

Ukrayna savaşını hadisə yerindən izləyərək davamlı gündəmdə tutan “Qərb Xəbər” uzun yolçuluq edərək Şəmkirə sığınan ukraynalı məcburi köçkün Anna Getmanenkodan müsahibə alıb.

Rusiyanın Ukraynaya hücumundan sonra başlatdığı savaşla bağlı Annanın fikirlərini eşitmək üçün ona bir neçə sual ünvanladıq.

İşsizlikdən sığorta ilə bağlı yeni qərar

Sigorta

“Sığorta ödənişinin verilməsi Qaydası”na dəyişiklik edilib. Sənədə əsasən, sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun “Məşğulluq haqqında” Qanunla müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınmasından əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə yox, sığorta hadisəsinin baş verdiyi tarixdən tapılacaq. “Qərb Xəbər” xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir … Read more

Orta aylıq pensiyanın məbləği 363 manata çatıb

625a5cf4435a0625a5cf4435a11650089204625a5cf44359c625a5cf44359e

Sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların məbləğində artım 2022-ci ilin ilk rübündə də davam edib. ƏƏSMN-dən “Qərb Xəbər“ə verilən xəbərə görə, bu ilin yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği daha 9,4 faiz artaraq 1 aprel tarixinə 363 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 9,1 faiz artaraq 394 manata çatıb. “Ümumilikdə, həyata … Read more

Bu gün IX sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək

625935177ead1625935177ead21650013463dcea79d363c8aa561c7d69b3b36e7dc5

Bu gün Bakı şəhərinin Sabunçu rayonunda, Ağdam, Balakən, Biləsuvar, İmişli, İsmayıllı, Qax, Qusar, Tərtər rayonlarında, Sumqayıt (I hissə), Lənkəran, Gəncə (Kəpəz) şəhərlərində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir. “Qərb Xəbər” DİM-ə istinadən xəbər verir ki, bugünkü imtahanlarda 23 min 107 şagirdin iştirakı gözlənilir. İmtahanlar saat 11:00-da … Read more

Şəmkirdə avtomobillə kişini vuraraq qaçan şəxs saxlanılıb

IStock

Şəmkirdə avtomobillə kişini vuraraq qaçan şəxs saxlanılıb. “Qərb Xəbər” bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir. Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə aprelin 15-də saat 23 radələrində Çinarlı qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini M.Eyyubovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri … Read more

“Alı zirvəsi” adlı sənədli film təqdim olunub

Siyah Beyaz Şekiller ve Küçük Aygıtlar İpuçları ve Tüyolar YouTube Önizleme Resmi (2)

Qazax rayonu Ədəbiyyat muzeyində telejurnalist, publisist, şair, Qarabağ müharibəsi şəhidi Alı Mustafayevə həsr olunmuş “Alı zirvəsi” adlı sənədli filmin təqdimatı olub.

Filmin ssenari müəllifi və rejissoru Kəmalə Musazadənin “QərbXəbər”ə açıqlamasına görə, filmin çəkilməsinin əsas səbəbi – Azərbaycan tarixində qəhrəmanlıq göstərən şəxslər haqqında cəmiyyətə geniş məlumat vərmək və gənclərarası vətənpərvərlik hissini aşılamaqdır.

Tədbirdə sənət adamları, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri Qarabağ müharibəsinin iştirakçıları və Alı Mustafayevin ailə üzvləri iştirak ediblər.

Qazax Elektrik Şəbəkəsi zənglərə cavab vermir…

419765986 0 0 2000 1132 600x0 80 0 0 35e1a74782ca630671fc11dc7b51a069.jpg

Qazax rayon “Çinardibi” qəsəbəsində son günlərdə elektrik enerjisinin verilməsində yaranan fasilələr yerli sakinlərin narahatlığına səbəb olur. Eyni zamanda problem ərazidə yerləşən “Qərb Xəbər” və “Radio Qərb” internet radiosunun redaksiyasına da təsir edir. Belə ki, mövcud vəziyyət problemlərə yol açır: cihazları sıradan çıxarır, vaxtında efirə çıxmağı mümkünsüz edir. Yaranan problemin səbəbini bilmək və nasazlığın aradan qaldırılmasını … Read more

Ağstafada 7 qardaş eyni gündə sünnət edildi

1412417415

Ağstafada yeddi qardaşa eyni gündə sünnət olunub.

Qərb Xəbər” bildirir ki, maraqlı anlar Məmmədovlar ailəsində yaşanıb.

Valideynləri deyirlər ki, övladlarının hamısının eyni vaxtda sünnət edilməsi onların arzuları olub. Artıq həmin istəklərinə çatıblar. Sünnət edilən oğlan uşaqlarından ən böyüyü 13 yaşındadır. 7 qardaşın son beşiyi isə 1 il qabaq dünyaya gəlib.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasında cərrahiyyə yolu ilə edilən sünnət 4 saat çəkib.

Əməliyyatan bir qədər sonra vəziyyətləri qənaətbəxş olduğuna görə uşaqlar evə buraxılıblar.