Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Qırğızıstan prezidentindən Azərbaycana vacib səfər – Təfərrüatlar

1650445426508434352 1000x669

Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. Bakıda geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. “Qərb Xəbər” bildirir ki, “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında … Read more

Azərbaycan və Gürcüstan parlamentlərarası dostluq qruplarının görüşü olub

E30600b05627b95afd9dad75db06efdd

Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində aprelin 19-da iki ölkənin parlamentlərarası əlaqələr üzrə dostluq qrupları üzvlərinin görüşü keçirilib. 24News.ge xəbər verir ki, Gürcüstan Parlamentinin sədr müavini, Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Arçil Talakvadze həmkarlarını ölkəsində salamlayaraq, belə görüşlərin keçirilməsinin əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyini qeyd edib. O, … Read more

Bu gün Qədr gecəsidir

3f54489b 0856 3aa0 a7be bc35b55ec0fe

Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsi bu gecəyə təsadüf edir. “Qərb Xəbər”in məlumatına görə, ikinci Qədr gecəsi aprelin 21-də, üçüncüsü aprelin 23-də, sonuncusu isə aprelin 27-də olacaq. Qeyd edək ki, Qədr gecəsi “Qurani-Kərim”in nazil olduğu gecədir. İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb … Read more

Azərbaycan Ordusunun hərbçisi minaya düşüb

481106

Kəlbəcərdə Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb. “Qərb Xəbər”in xəbərinə görə, hadisə aprelin 19-da rayonun Ağcakənd kəndi istiqamətində qeydə alınıb. Belə ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçu Ayxan Camalzadə minaya düşüb. Xəsarət alan hərbçimiz hospitala yerləşdirilib. Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. Bildirilib ki, faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci … Read more

DİM 43 127 şagird üçün buraxılış imtahanı keçirəcək

1596001531 imtahan

Dövlət İmtahan Mərkəzi tərəfindən 23-24 aprel 2022-ci il tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. “Qərb Xəbər”in xəbərinə görə, mərkəzdən bildirilib ki, imtahanda 43127 şagirdin iştirakı nəzərdə tutulur və respublikanın 22 şəhər və rayonunda təşkil olunacaq. Qeyd olunub ki, imtahan saat 11:00-da başlanır və imtahanın başlanmasına 15 dəqiqə qalmış – saat … Read more

Ev almaq istəyən hərbçilərin nəzərinə!

677a8b24 b0c9 31a9 946f 4fff12d8cc6b

Müdafiə Nazirliyi ev almaq istəyən hərbçi qulluqçulara müraciət edib. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə nazirliyin yaydığı müraciətdə deyilir: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının … Read more

“Əmək Münasibətləri və Məşğulluq” altsistemi istifadəyə veriləcək

Emas ayin eveeli xeber

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək Münasibətləri və Məşğulluq” altsisteminin (ƏMAS) hazırlanması işlərini artıq başa çatdırır. Hazırda sınaq işləri gedir. Gələn ayın əvvəlindən bu e-platformanın istifadəyə verilməsi nəzərdə tutulur. “Qərb Xəbər”in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ƏMAS-ın hazırlanması ilə bağlı aparılan işlərə dair keçirilən iclasda bildirib. Nazir vurğulayıb … Read more

Sahibə Qafarova Gürcüstanda rəsmi səfərdədir

44cef4d2a4a081cd3fcdde94a6631635

Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin Xarici Əlaqələr Komitələrinin növbəti üçtərəfli forumu Bakıda və Şuşa şəhərində keçiriləcək. 24News.ge xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Papuaşvili ilə birgə qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi məsələləri də müzakirə olunub: “Parlamentlərarası əlaqələr ölkələr arasında … Read more

Qaranlığa aparan yol

IMG 20220419 WA0056

Arzu Sayadoğlu Qazaxda bir orqan var: “Qazax Elektrik şəbəkəsi”. Adında “elektrik” sözü olsa da, özü “qaranlıq xidməti” kimi çalışır. Aylardır davam edən “ənənə”si ilə, həftə keçmir ki, gündüz çağı, heç bir önbildiriş demədən və əsas gətirmədən əhalinin işıqlarını söndürsün.  Belə olan halda söz bizə keçir ki, biz jurnalistlər, qələm adamları bu işıqsızlığı işıqlandıraq. Qaranlıqların, zülmətlərin … Read more

Azərbaycanda bu xəstəliklərdən əziyyət çəkənlər pensiya alacaq

Pensiya

Aprelin 19-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. İclası açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 6 məsələ daxil edilib. “Qərb Xəbər” Trend-ə  istinadən xəbər verir ki, komitə sədri qeyd edib ki, gündəliyin birinci məsələsi – “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi … Read more

Gəncədə küçələrin işıqlandırılması ilə bağlı layihə icra olunur

625d8e24c8b5a625d8e24c8b5b1650298404625d8e24c8b57625d8e24c8b59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər Gəncə şəhərində geniş abadlıq-quruculuq işləri aparılır, yeni infrastruktur layihələri icra olunur. “Qərb Xəbər” Gəncə Şəhər İcra Hakimiyyətinə istinadən məlumat verir ki, ölkə başçısının göstərişi ilə Azərbaycanın 7 şəhər və rayonunun, o cümlədən Gəncənin küçə işıqlandırılması sistemi yenidən qurulur. Layihə çərçivəsində ümumi uzunluğu 245 kilometr … Read more

Tovuzdan Gəncəyə toya gələn şəxs avtomobil qaçırıb

Ogurluq masin

Gəncədə avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. “Qərb Xəbər” DİN-ə istinadən məlumat verir ki, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin və Təhlükəsiz Şəhər Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus “VAZ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini Fikrət Aydınov saxlanılıb. Araşdırmalar zamanı şübhəli şəxsin qonaq gəldiyi toyda spirtli içki … Read more

Şəmkirdə polislərə maneçilik törədən şəxs həbs edilib

Həbs 780x405

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 17-də saat 20 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində “VAZ-2106” markalı avtomobil hərəkət axınının əksinə sürüldüyü üçün saxlanılıb. “Qərb Xəbər“in DİN-ə istinadən xəbərinə görə, sürücü, rayon sakini Orxan Məsimovun hərəkətləri şübhə doğurduğundan o, həkim müayinəsinə dəvət olunub. Avtomobili dayanacağa təmin etmək istəyərkən … Read more

“Tərtər işi” ilə bağlı daha bir neçə hərbçi həbs edilib

6ec43290 762b 369a b986 10ed2c857194

Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara … Read more

Müharibə əlillərinin sığorta ödənişi ala bilməməsinə aydınlıq gətirilib

625e69d5b707f625e69d5b7080165035464586db9fbbaa9cf045b4b0a6c07aa57c39

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bir qrup Vətən müharibəsi əlilinin dövlət icbari sığorta ödənişini ala bilməməsi məsələsinə aydınlıq gətirilib. Agentlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxslərə sığorta ödənişinin verilməsi Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) səlahiyyətindədir. “Prezident İlham Əliyevin 2021-ci il 18 may tarixli Fərmanı ilə Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) dövlət icbari şəxsi sığorta … Read more

Şəmkirdə əkin sahələri susuz qalıb – Sakinlər həll axtarır

14390814 993931727382033 6095838407936718742 n

Şəmkir rayonunun Dəllər-Daşbulaq, Zəyəm Cırdaxan kəndlərində suvarma suyu yoxdur. Əkin sahələri susuzluqdan məhv olur.

“Qərb Xəbər”in məlumatına görə, aprelin 18-də Şəmkir Rayon İcra Hakimiyyətinin qarşısında toplaşan sakinlər saatlarla gözləsələr də, icra başçısı və hər hansı bir səlahiyyətli şəxslə görüşüb suallarına cavab ala bilməyiblər.

Şəhid Orxan Sarvan oğlu Babayev anılıb

20220418 223928

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Orxan Sarvan oğlu Babayev anılıb.

“Qərb Xəbər”in məlumatına görə, Orxan Babayev 17 aprel 2001-ci ildə Ağstafa rayonunun Qarahəsənli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal altında olan ərazilərin azad edilməsi və ölkənin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda döyüşüb. Orxan Babayev noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub.

Şəhid Orxan Babayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, “Vətən uğrunda” “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

“Gənc Qazilər” İB-nin Qazax filialı şəhidin məzarını ziyarət edib ruhuna ehtiramlarını bildiriblər.

Röyal İslam, Qərb Xəbər

Azərbaycanda son sutkada 3 nəfər yoluxub

625d5b3602390625d5b36023911650285366625d5b360238e625d5b360238f

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 365 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 533 nəfər … Read more