Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib

Məhərrəm Əliyevlə Elçin Quliyev “Qazax” sərhəd divi­zi­yalarında olub

62610bafe239162610bafe2392165052715162610bafe238e62610bafe2390

19-21 aprel tarixlərində Azər­baycan Respublikası Preziden­tinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-pol­kov­nik Məhərrəm Əliyev və Azərbaycan Respubli­kasının Dövlət Sər­həd Xid­mətinin rəisi, gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xid­mətinin (DSX) Sərhəd Qo­şun­ları­nın “Qubadlı” və “Qazax” əlahiddə sərhəd divi­zi­yalarının hərbi hissə və bölmələ­rinə səfər ediblər.

“Qərb Xəbər” “APA”-ya istinadən bildirir ki, səfər çərçivəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistan ilə dövlət sərhədində zəruri sərhəd müda­fiə və mühafizə infrastruk­turunun yaradılması üzrə Azər­baycan Respublikasının Prezi­denti Si­lah­lı Qüv­vələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti yoxla­nıl­­ıb.

Dövlət sər­hədinin etibarlı mühafizəsinin təşkili istiqamətində həyata keçirilən fəa­liyyətlər, o cümlədən sərhəd yol­larının çəkil­məsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikin­ti-quru­culuq işlə­­ri və təhlü­kəsizlik tədbirləri nəzərdən keçirilib, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sərhəd­çilərlə görüşül­üb, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şəraitlə­ri ilə tanış olunub. Son bir il ərzində azad edilmiş ərazilərdə 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd döyüş məntəqəsinin fəaliyyətə başlamasının böyük əhə­miyyəti vurğulanıb.

Əlahiddə sərhəd diviziyalarının rəhbər heyətlərinin iştirakı ilə xidməti mü­şavirələr keçirilib, vəzifəli şəxslərin xid­məti ərazidə mövcud olan əməliy­yat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilmiş, hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsinin, dövlət sər­hədi­nin to­­xunul­maz­lığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsi üzrə zəruri tapşı­rıq və tövsiyələr verilib.

Səfər çərçivəsində səhra təlim mərkəzində DSX-nin taktiki təlimləri izlənilib.

Prezident: “Bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq”

99b0d136 a631 3a5c a28c 54360b7b6f32 850 (1)

“Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq, əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün böyük xoşbəxtlikdir”. “Qərb Xəbər”in xəbərinə görə, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib. “Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman … Read more

Mədəniyyət xadimlərinə dəstək fondu yaradılacaq?

1650606702 1650606631 1649844145 medeniyyetnaz

Mədəniyyət Nazirliyi yanında, tabeliyində yeni müəssisələrin yaradılması məsələsi və yaxud hansısa müəssisənin ləğv edilməsi kompleks islahatlar çərçivəsində həyata keçirilir. Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib. Qeyd edilib ki, sözügedən fond mövzusu da kompleks islahatlar məsələsinə aiddir. “Bu uzun müddətli bir hədəfdir. Konkret müddət təyin olunmur. Ümumi islahatlar çərçivəsində bu məsələyə baxılır”, – … Read more

MB: Problemli kreditlər 24,5% azalıb

62624e1fd4cf362624e1fd4cf4165060969562624e1fd4cee62624e1fd4cf0

Bu ilin aprelin 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 685,2 mln. manat təşkil edib ki, bu göstərici mart ayı ərzində 0,7% azalıb. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Bildirilir ki, illik müqayisədə problemli kreditlərin həcmi 24,5% azalıb. Sözügedən kreditlərin ümumi portfeldəki payı 3,8% təşkil edib. Qeyd olunan göstərici, … Read more

Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı işə başlayıb

73d10511 eab8 3347 b3e1 91c93be803cb

Bu gün Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edir. “Qərb Xəbər”in xəbərinə görə, Zəfər qurultayı aprelin 23-dək davam edəcək. Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edəcək. Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri … Read more

Son dörd gündə koronavirusdan ilk ölüm qeydə alınıb

4c09dc20 9502 33ee 87e6 82ff662d28cf

Azərbaycanda son dörd gündə koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb. “Qərb Xəbər”in məlumatına görə, son sutka ərzində koronavirusdan bir nəfər ölüb. Sonuncu dəfə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusdan ölümün qeydə alınması barədə məlumatı aprelin 17-də açıqlamışdı. İndiyədək ölkə üzrə koronavirusdan ölənlərin sayı 9 707 nəfər təşkil edir.

İqtisadçı: “Pensiya yaşının 5 il azaldılması həyata keçirilir”

Vuqarjpg

“Pensiya islahatları davam etdirilməlidir. Son təqdim olunan islahatlar paketində də qeyd olunur ki, pensiya sahəsində islahatlar davamlıdır. Növbəti dövrlərdə də yeni dəyişiklərin olacağını müşahidə edəcəyik”. Qazet.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklərin müzakirəsi zamanı da bir sıra təkliflər səsləndirib: “İndiki halda uşaqlarının sayı 5 və daha çox … Read more

Təhsil naziri Tovuzda STEAM Mərkəzinin açılışında iştirak edib

03 21.04.22

Aprelin 21-də təhsil naziri Emin Əmrullayev Tovuz rayonuna səfər edib.  ‘Qərb Xəbər” məluma verir ki, səfər çərçivəsində Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində STEAM Mərkəzinin açılış mərasimi keçirilib. Açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Tovuz Rayon Təhsil Şöbəsinin müdiri Elmira Mürşüdlü və digər qonaqlar iştirak … Read more

Müəmmalı qətlin məhkəməsi: “Nərminin əmisi hadisədən əvvəl meyitin qapıya atıla biləcəyini dedi”

Ner

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Qərb Xəbər” “APA”-ya istinadən xəbər verir ki, dünən Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Əlibaba Rzayev vəsatət qaldıraraq iş üzrə istintaq zamanı ifadə vermiş bir … Read more

Maska qadağası nə vaxt ləğv olunacaq?

Modern.az maska

Azərbaycanda karanetin rejimi ilə bağlı hazırda qüvvədə olan məhdudiyyətlərin ləğvi ilə bağlı təkliflər Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərilib. “Qərb Xəbər”in məlumatına görə, bunu TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, nəticələr yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

Müəllimlərin iş yerinin dəyişdirilməsi üçün ərizə qəbulu başlayır

Mekteb termometr 240920

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 25 aprel – 4 may tarixlərində keçiriləcək. “Qərb Xəbər”in xəbərinə görə, bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, müsabiqədə iştirak etmək istəyən müəllimlər 4 may saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət … Read more

“Kənd icmalarında qadın liderlər” layihəsi kəndlərdə işini yekunlaşdırıb

278371965 505222431259463 1703220550540649899 n

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovativ Vətəndaş Təşəbbüsüləri İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Kənd icmalarında qadın liderlər” layihəsi çərçivəsində İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri davam edir.

“Qərb Xəbər”in məlumatına görə, Qazax Rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə kəndlərdə keçirilən təlimlərin sonuncusu Qazax rayonu Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbidə baş tutub. Təlim kursunda 16 kənd sakini olan qadın iştirak edib.

Layihənin məqsədi kənd icmalarında yaşayan qadınların inkişaf etmələrinə şərait yaratmaq və liderlik keyfiyyətlərini innovativ bacarıqlarla inkişaf etdirməkdir.

Qeyd edək ki, təlimlər İradə Həsənova tərəfindən keçirilir. Layihə çərçivəsində kəndlərdən seçilmiş 10 nəfər qadın üçün “Elektron hökümət” mövzusunda təlimin keçirilməsi nəzərdə tutulur.

Zəyəm Cırdaxan kənd 2 nömrəli tam orta məktəbin açılışı olub

02 21.04.22

Aprelin 21-də təhsil naziri Emin Əmrullayev Şəmkir rayonuna səfər edib.

“Qərb Xəbər”in məlumatına görə, səfər çərçivəsində yeni tikilmiş Şəmkir rayon Zəyəm Cırdaxan kənd 2 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib.

Açılış mərasimində təhsil naziri Emin Əmrullayev, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev,  Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Qüdrət Əliyev və digər qonaqlar iştirak ediblər.

Bildirilib ki, yeni tikilmiş məktəb 432 şagird yerlikdir. 17 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 3 laboratoriya, 2 texnologiya, informatika, çağrışaqədərki hazırlıq kabineti, məktəbəhazırlıq otağı, 216 nəfərlik akt zalı, idman zalı, kitabxana və 92 yerlik yeməkxana fəaliyyət göstərəcək.

Açılışdan sonra iştirakçılar məktəbdə yaradılmış şəraitlə tanış olublar.

Builki MİQ imtahanları yay aylarında keçiriləcək

6e85eb5c 5c9c 3682 a4b0 f03c6bc1a0ec

Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarının həmişə olduğu kimi, yay aylarında keçirilməsi nəzərdə tutulub. “Report” xəbər verir ki, bunu İnsan Resursları Mərkəzinin rəhbəri Nurlan İsmayılbəyli deyib. Onun sözlərinə görə, dəqiq tarix demək üçün hələ tezdir: “Sənəd qəbulunun isə daha tez olması planlaşdırılır”.

Ağstafada iki kənd sakini biri-birini baltalayıb

02311042 ae78 312b b4c2 9cc31216045b

Ağstafada rayonunda oğurluq etmək üçün evə girməkdə şübhəli bilinən şəxs baltalanıb. “Qərb Xəbər”in məlumatına görə, hadisə Köçəsgər kəndində qeydə alınıb. Belə ki, 1973-cü il təvəllüdlü kənd sakini S.Ələkbərovla evinə oğurluğa girməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü K.Əlləzov arasında mübahisə tərəflərin biri-birilərini baltalamaları ilə nəticələnib. Hər ikisinin xəstəxanaya yerləşdirilib. K.Əlləzovun vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilsə də, ev … Read more

Səyyar ASAN Xidmətdən reportaj

Siyah Beyaz Şekiller ve Küçük Aygıtlar İpuçları ve Tüyolar YouTube Önizleme Resmi (5)

Səyyar ASAN avtobus martın 29-dan Qazax rayonunda müəyyən edilmiş məntəqədə vətəndaşlara xidmət göstərir.

“Qərb Xəbər”in məlumatına görə, ümumilikdə 2800 vətəndaş müraciəti daxil olub.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur.

2013-cü ildən həyata keçirilən Səyyar ASAN xidmət vasitəsi ilə ümumilikdə 2 milyon 500 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

Əməkdaşlarımızın göstərilən xidmətlərlə bağlı hazırladığı vieoreportajı təqdim edirik.

Ülviyyə Həsənli
Vüqar Mehtizadə
“Qərb Xəbər”