Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və İnnovativ Vətəndaş Təşəbbüsüləri İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Kənd icmalarında qadın liderlər” layihəsi çərçivəsində İKT-dən istifadə üzrə təkmilləşdirmə təlimləri davam edir.
“Qərb Xəbər”in məlumatına görə, Qazax Rayon Təhsil Şöbəsinin tərəfdaşlığı ilə kəndlərdə keçirilən təlimlərin sonuncusu Qazax rayonu Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbidə baş tutub. Təlim kursunda 16 kənd sakini olan qadın iştirak edib.
Layihənin məqsədi kənd icmalarında yaşayan qadınların inkişaf etmələrinə şərait yaratmaq və liderlik keyfiyyətlərini innovativ bacarıqlarla inkişaf etdirməkdir.
Qeyd edək ki, təlimlər İradə Həsənova tərəfindən keçirilir. Layihə çərçivəsində kəndlərdən seçilmiş 10 nəfər qadın üçün “Elektron hökümət” mövzusunda təlimin keçirilməsi nəzərdə tutulur.