Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

İqtisadçı: “Pensiya yaşının 5 il azaldılması həyata keçirilir”

21 aprel / 16:44 3 dəq
Vuqarjpg
21 aprel / 16:44
Burada sizin reklamınız ola bilər

“Pensiya islahatları davam etdirilməlidir. Son təqdim olunan islahatlar paketində də qeyd olunur ki, pensiya sahəsində islahatlar davamlıdır. Növbəti dövrlərdə də yeni dəyişiklərin olacağını müşahidə edəcəyik”.

Qazet.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, “Əmək pensiyaları haqqında” qanunda dəyişikliklərin müzakirəsi zamanı da bir sıra təkliflər səsləndirib:

“İndiki halda uşaqlarının sayı 5 və daha çox olanların pensiya yaşının 5 il azaldılması həyata keçirilir. Təklifimiz ondan ibarətdir ki, burada uşaqların sayının azaldılması daha məqsədə uyğun olardı. Belə ki, 3 və daha artıq uşağı olan ailələrə pensiya yaşının azaldılması güzəştinin verilməsi yaxşı olardı”.

V.Bayramov bildirib ki, vacib dəyişikliklərdən biri də ailə üzvlərinin birinin dünyasının dəyişməsinə görə pensiyaların hesablanması qaydası ilə bağlıdır:

“Bu dəyişikliyin mahiyyəti bundan ibarətdir ki, mövcud qanunvericiliyə əsasən, yaşa, yaxud əlilliyə görə pensiya alan şəxs ailə başçısını itirdikdə və ailə başçısını itirməyə görə də pensiya hüququ yarandıqda öz pensiyasını seçirsə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürülmür. Təklif edilən dəyişikliklərə əsasən, ailə başçısını itirməyə görə pensiya hüququ olan şəxs digər növ əmək pensiyasını və ya sosial müavinəti seçdikdə, ona hesablanan pensiya məbləği digər ailə üzvləri arasında bölüşdürüləcək və bu da onların gəlirlərinin artmasına səbəb olacaq”.

O qeyd edib ki, bu məsələ ilə bağlı da təkliflərini diqqətə çatdırıb:

“Bəzi hallarda ailə üzvlərinin pensiya məbləğləri bir-birinə yaxın olur. Məsələn, ailə başçısı dünyasını dəyişir və onun həyat yoldaşı pensiya alır. Amma olur ki, onun pensiyası ilə düyasını dəyişən yoldaşının pensiyası arasında kəskin fərq olmur. Bunun da təkmilləşdirilməsini təklif edirik. Təklifimiz odur ki, ailə başçısı dünyasını dəyişdikdən sonra onun pensiyası və kapitalı daha ədalətli şəkildə ailə üzvləri arasında bölünsün”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı