Dünya

Lavrov: HAMAS İsrailə qarşı terror aktı həyata keçirib

10 dekabr / 17:57 1 dəq
Lavrov2
10 dekabr / 17:57
Burada sizin reklamınız ola bilər

HAMAS İsrailə qarşı terror aktı həyata keçirib.

“Qərb Xəbər” məlumat verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

O, Rusiyanın HAMAS-ın İsrailə qarşı həyata keçirdiyi terror aktını pislədiyini söyləyib. Qeyd edib ki, Moskva yalnız HAMAS-ın siyasi ofisi ilə əlaqə saxlayır.

“HAMAS oktyabrın 7-də terror aktı həyata keçirdi, biz bunu dərhal qınadıq. HAMAS-ın Dohada fəaliyyət göstərən siyasi şöbəsi var və bizim o siyasi şöbə ilə əlaqəmiz var. Biz dərhal girov götürülən insanların taleyini müzakirə etmək üçün Dohada adamlarla əlaqə saxladıq”, – deyə Rusiya XİN başçısı Dohada keçirilən forumda onlayn çıxışında bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər