Qafqaz

Erməni politoloq: Rusiyanın və tərəfdarlarının daimi müharibəyə ehtiyacı var

Bu gün / 10:40 1 dəq
Stepanyan
Bu gün / 10:40
Burada sizin reklamınız ola bilər

“Rusiya Ermənistan və Azərbaycan arasında sülh istəmir”.

Qerbxeber.com xəbər verir ki, bunu erməni politoloq David Stepanyan deyib.

“Suverenliyimiz də daxil olmaqla hər şeyimizi satıblar, onların daim müharibəyə ehtiyacları var”, – o bildirib.

Stepanyanın fikrincə, Ermənistanda rusiyapərəst siyasi düşərgədəki səs-küy İrəvanın doğru yolda olduğunu göstərir: “Onlar son döyüşə giriblər. Biz daim oturub Qarabağ haqqında xəyallar qura bilmərik. Nə qədər çox xəyal qursaq, bir o qədər çox itirəcəyik”.

Ekspert əlavə edib ki, 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gəlməsəydi, bu gün Ermənistan ümumiyyətlə mövcud olmayacaqdı.( Teleqraf.az)

Paylaş
Burada sizin reklamınız ola bilər