Qazax teatrı mövsümü “Arqon”la bağlayıb – FOTOLAR
1 / 7
Qazax Dövlət Dram Teatrı iyulun 18-də Şəbnəm Xeyrullanın “Arqon” mono-dramı ilə 88-ci teatr mövsümünü başa vurub.
Qerbxeber.com xəbər verir ki, psevdosuisidal hoqqa janrlı səhnə əsərində Arqon obrazını bu dəfə teatrın aktyoru Vüsal Hüseynov canlandırıb.
Tamaşanın quruluşçu rejissoru, musiqi tərtibatçısı Allahverdi Musayev, rəssamı Aysan Omarovadır.
Tamaşanı izləyənlər arasında Qazax və ətraf rayonlardan olan ziyalılar və teatrsevərlər olub.
Qeyd edək ki, Şəbnəm Xeyrullanın “Arqon” pyesi 2024-cü ildə baş tutmuş CHARACTERS Müasir Dramaturgiya Festivalının qalibi olub.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı