Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Qadınların pensiya təyinatı barədə qaydalar açıqlanıb

21 sentyabr / 13:30 2 dəq
Aasmn bankomat
21 sentyabr / 13:30
Burada sizin reklamınız ola bilər

Azərbaycanda fərdi uçot sistemində qeydiyyatda olan qadınların pensiya təyinatı avtomatlaşdırılmış qaydada həyata keçirilir.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşı Ayxan Məcidov “Pensiya təyinatı və hesablanma qaydaları”na həsr olunan canlı bağlantıda deyib.

Onun sözlərinə görə, 62 yaşı tamam olan qadın fərdi uçot sistemində qeydiyyatdadırsa, onun 1 yanvar 2006-cı il tarixdən 1 iyil 2018-ci il tarixədək 1 ay olsa belə, stajı varsa, ona avtomatlaşdırılmış qaydada pensiya təyinatı həyata keçiriləcək:

“Bu hal olmadıqda isə vətəndaş əgər 2006-cı ilə qədər 25 il stajının olduğunu bilirsə, pensiya təyinatı üçün DSMF və ya DOST Mərkəzlərinə müraciət edə bilər. Əgər şəxsin 25 il stajı varsa, o, pensiyaya çıxmaq imkanından yararlanacaq”.

A.Məcidov əlavə edib ki, əgər qadının 5 uşağı varsa, o, pensiya hüququnu 5 il tez əldə edə bilər:

“Əgər bu gün qadınlar üçün pensiyaya görə yaş həddi 62 yaşdırsa, 5 övladı olduqda onun üçün yaş həddi 57-ə enir. 6 övladı olduqda isə qadın pensiya hüququnu 6 il, 7 övladı olduqda 7 il tez əldə edir”.

A.Məcidov qeyd edib ki, 62 yaşına çatan qadın ötən müddətdə heç bir zaman işləməyibsə, ona əmək pensiyası təyinatı həyata keçirilməyəcək. Amma belə qadınlar yaşı 62-ə çatdığı zaman sosial müavinətlə təmin oluna bilərlər.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı