Dağ Kəsəməndə sel fəsadlar törətdi – FOTO
“Report”un Qərb bürosunun məlumatına görə, güclü yağışdan sonra gecə saatlarında kəndə sel gəlib.
Təbiət hadisəsi bir sıra problemlər yaradıb. Kəndarası yollarda gediş-gəliş çətinləşib, arxlar daşıb. Sel suları evlərin həyətyani sahələrinə dolub.
Hazırda yaranan vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Əraziyə ağır texnikalar cəlb olunub. Arxların təmizlənməsi işləri aparılır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı