Artıq İranda 19 nəfərin ölümünə səbəb olmuş koronavirus Azərbaycana da gələ bilər. Nəzərə almaq lazımdır ki, kütləvi şəkildə bu virusun yayılmasının qarşısını almaq üçün tam hazırlıqsızıq.
“Qərbxəbər” olaraq sərhəd bölgəsində yaşayan insanların təhlükəsizliyi üçün aağıdakı məlumatları paylaşmağı özümüzə borc bilirik.
Bunlara riayət etməklə xeyli qorunmaq olar:
- İnsanların çox olduğu yerlərə, mallar, restoranlar və s. bu aralarda getməyin. Sezon apreldə bitir. Hava isinəndən sonra artıq virus qorxulu deyil.
- Əlləri tez-tez sabunla yuyun. Asqırdıqdan, öskürdükdən sonra bir daha mütləq yuyun! İctimai yerdə asqırıb, öskürəndə ağızı qolun dirsək hissəsi ilə tutun, ovucun içi ilə yox. Çünki sonra o ovucla stola, digər yerlərə toxunacaqsız, virusu ötürmə riskiniz çoxalır.
- Maskadan istifadə edin. 3 qat! 3 maskanı üst-üstə geyinin ictimai yerlərdə! Maska hər 3 saatdan bir dəyişməlidir, onun qoruyuculuğu 3 saatdan sonra azalır!
Avtobus, adamların çox olduğu yerdən aralanandan sonra maska hökmən dəyişilməlidi! Maska çıxarılarkən onun ön səthinə toxunmayın. Qulaq hissədəki rezindən tutub çıxarın və atın. Sonra əlinizi yuyun! Sonra təzə maska geyinin! - Özünüzlə spirt gəzdirin. Əlləri və burun keçəcəklərini tez-tez spirtləyin
- akvamaris sprey alın gündə 9-10 dəfə buruna püskürdün!
- Bayırdan evə gələn kimi geyimlərinizi dərhal çıxarın, o geyimlə divanda, stulda qəti şəkildə oturmayın.
- Evi tez-tez silib təmizləyin. Xlorlu məhlullarla döşəməni, qapıları, qapı tutacaqlarını dezinfeksiya edin. Hamam, tualeti mükəmməl dezinfeksiya edin!
- Ayaqqabı ilə evin içinə girilməsin. Ayaqqabını bayırda soyunun, əlinizə alın və gətirin rəfə qoyun. Altı evin girəcəyinə, yerə dəyməsin!
- Heyvanlarla təmasdan tam çəkinin!
- Ət, yumurta və s. i yaxşıca bişirin.
Və ən əsası! - Uşaqlarınıza və özünüzə eleterekok nastoykası alın. Baha deyil və çox yaxşı immuniteti qaldırır. Və A və E vitamini ilə zəngin
- Kivi, mandarin, nar, apelsin çox yeyin. Yaxşı qidalanın. Bu arada qəti dieta filan saxlamayın.
- Görüşəndə əllə görüşməyin, öpməyin!
Və sonuncu. BU ÇOX VACİBDİR!
Əziz valideynlər, əgər uşağınızda və özünüzdə az da olsa, qrip əlamətləri varsa, hətta özünüzü yaxşı hiss edirsinizsə belə, xahiş olunur EVDƏ QALIN! Və ən qısa zamanda həkimə müraciət edin analizlə bu virusun olub-olmaması aşkarlansın, karantin olunsun və hökmən xəstəxana nəzarətində olun!