Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Gəncədən qaçırılan avtomobil Mingəçevirdə tapılıb

24 fevral / 14:39 2 dəq
Ogurlug 240220
24 fevral / 14:39
Burada sizin reklamınız ola bilər

Fevralın 20-də gecə saatlarında Gəncə şəhər Gülüstan qəsəbəsi ərazisindən, şəhər sakini Turan Haciyevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, dərhal polis əməkdaşlarının həyata keçirdikləri intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus avtomobili qaçıran şəxsin, əvvəllər məhkum olunmuş, 32 yaşlı Mingəçevir şəhər sakini Məhəmməd Abbasov olması müəyyən olunub.

M.Abbasov şübhəli şəxs qismində tutulub, T. Hacıyevə məxsus “VAZ-2107” markalı avtomobil isə Mingəçevir şəhərində müəyyən edilərək maddi sübut qismində götürlüb.

İlkin dindirilmə zamanı M. Abbasov nəqliyyat vasitəsini qaçırdığını və özü ilə gətirdiyi saxta dövlət qeydiyyat nişanını avtomobilə bağlayaraq Mingəçevir şəhərinə apardığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı