Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Dörd ölkə hərəkətə keçdi, Suriyanı bölmək planı

5 may / 13:49 3 dəq
Uzz sur
5 may / 13:49
Burada sizin reklamınız ola bilər

Suriyada Türkiyə və İsrailin qarşıdurması fonunda ölkənin parçalanması riskləri güclənir. Dürziləri dəstəkləyən İsrailin muxtariyyət istəklərindən sonra PKK-nın Suriya qanadı olan PYD/YPG də “dövlət qurmaq” istiqamətində işləyir. Əsədin devrilməsindən sonra bu qüvvələrin Suriyanın yeni hakimiyyəti ilə anlaşacağı gözlənilsə də, xarici oyunçuların dəstəyi ilə “muxtar dövlət” planları yenidən dövriyyəyə girib.

Qerbxeber.com Publika.az istinadən xəbər verir ki, Suriyanın şimal-şərqində, Türkiyə ilə sərhəddə yerləşən Qamışlı bölgəsində keçirilən “kürd milli birlik konfransı” parçalanma cəhdlərinin başlanğıcı hesab oluna bilər.

Konfrans PYD/YPG terrorçularının təmsil olunduğu “Suriya Demokratik Gücləri” (SDG) ilə Bərzaniyə yaxın olan ENKS adlı qruplaşma tərəfindən təşkil olunub. Konfransda ABŞ, Fransa, İngiltərə, Hollandiya və bəzi ərəb ölkələrindən nümayəndələr qatılıb. Yekun bəyanatda “muxtariyyət, müstəqil dövlət” kimi istəklər yer alır. Bu toplantıya sərt reaksiya verən Türkiyə “Suriyanın unitar quruluşunun pozulmasına icazə verməyəcəyik” deyib.

Təhlükəsizlik və terrorla mübarizə üzrə türkiyəli mütəxəssis Ünal Atabəy “Haber Global”a açıqlamasında bildirib ki, Fransa və ABŞ-ın liderliyi ilə keçirilən toplantıda Bərzaninin dəstəkləməsi bütün kürd qruplarını bir araya gətirmək məqsədi daşıyır.

“Bu qrupların bir araya gəlməsi üçün 2020-ci ildən iş aparılıb. ABŞ və Fransa Suriyanın şimalında kürdlərə İraqdakı kimi “muxtariyyət” vermək istəyir. İsrailin də bunu dəstəklədiyi məlumdur. Bərzaninin orada olmasının məqsədlərindən biri də budur, çünki İraqda muxtariyyətin yaradılması təcrübəsi var və eyni təcrübəni Suriyada tətbiq etmək niyyətindədirlər. Yekun bəyanatda da təhlükəli məqamlar yer alır. Mərkəzi hakimiyyət altında federal, yaxud muxtar idarəçilik istəyir, Suriyanın adının, bayrağının, himninin dəyişməsinə çalışırlar. Bu, ölkənin unitar quruluşuna ziddir. Məqamlardan biri də beynəlxalq təhlükəsizlik çətirinin yaradılmasıdır ki, ABŞ və Fransa bununla PYD/YPG-ni mühafizə altına almağı planlaşdırır”, – o bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı