DİM: II qrupda 150 baldan yuxarı nəticə göstərənlər bir neçə ixtisası seçə bilərlər
II qrupda 150 baldan yuxarı nəticə göstərənlər bir neçə ixtisası seçə bilərlər.
“Qərb Xəbər” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bu ixtisaslar marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkilidir.
“Bu yerlərin sayı 4760-dır. II qrup üzrə 200 baldan yuxarı nəticə toplayan abituriyentlərin sayı 6803, 150 baldan yuxarı nəticə göstərənlərin sayı isə 10911 nəfərdir. Ümumilikdə 13285 plan yeri ayrılıb. Bu, o deməkdir ki, düzgün ixtisas seçimi aparılsa, heç bir problem yaranmayacaq. Bu qrupda dövlət sifarişli yerlərin sayı isə 4325-dir. 300 baldan yuxarı nəticə göstərənlərin sayı 4126 nəfərdirsə, deməli 290 baldan yuxarı namizədlər də dövlət sifarişli yerlərə qəbul ola bilərlər”, – o deyib.
Məleykə Abbaszadə bildirib ki, Polis Akademiyasının minimal keçid balı 439,3, maksimal bal isə 643 bal olub: “600-dən çox bal toplamış 8 nəfər Polis Akademiyasına qəbul olub. Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasının hüquqşünaslıq ixtisasına keçid 541 bal təsdiqlənib. 600 baldan yuxarı nəticə göstərmiş 7 nəfər qəbul olub”.





