Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Elm və Texnologiya

DİM sədri: III qrupda dövlət sifarişli yerlərin sayı azaldılıb

11 avqust / 15:03 2 dəq
Imta
11 avqust / 15:03
Burada sizin reklamınız ola bilər

III qrupda dövlət sifarişli yerlərin sayı azaldılıb.

“Qərb Xəbər” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O deyib ki, keçən illə müqayisədə III qrupda yerlərin sayı 940 yer artırılıb, dövlət sifarişli yerlərində isə artım yoxdur, əksinə 328 yer azalıb.

Məleykə Abbaszadə vurğulayıb ki, III qrupda 150 baldan yuxarı nəticə toplamış abituriyentlər bir sıra ixtisasları seçə bilərlər: “Bunlar Muzey, Arxiv işi, Abidələrin qorunması, Sosial İş, Regionşünaslıq (regionlar üzrə) ixtisaslarıdır”.

O bildirib ki, bu yerlərin ümumi sayı 2895-dir: “Bildiyiniz kimi beynəlxalq fənn olimpiyadalarının qalibləri ali məktəblərə müsabiqədənkənar qəbul olunur, lakin II və III qrupda belə şəxslər yoxdur. Buna baxmayaraq respublika fənn olimpiyadalarının qalibləri olan 13 nəfər ixtisas seçə bilərlər. Tarix üzrə 10, Azərbaycan dili üzrə 3 nəfər qalib bizə müraciət etmişdi, lakin sonra onlardan biri imtina etdi. Artıq həmin şəxslərin seçdikləri ixtisaslar bəllidir. 11 nəfər III, 1 nəfər isə II qrup üzrə ixtisas seçib. 5 nəfər tarix müəllimliyini (4-ü BDU, 1-i Xəzər), 3 nəfər Dövlət İdarəçilik Akademiyasının politologiya ixtisasını, 3 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimliyini (2 nəfər BDU, 1 nəfər NDU), 1 nəfər isə Azərbaycan Dövlət Pedaqoji Universitetin Şəki filialının Azərbaycan dili və ədəbiyyat müəllimliyini seçib”.

DİM sədri onu da vruğulayıb ki, III qrupda DT altqrupu üzrə 200 baldan yuxarı nəticə göstərənlərin sayı 14635 nəfərdir, ümumi plan yerləri 14 292-dir: “Onlardan dövlət sifarişli yerlər 4045, III qrupda 430 baldan yuxarı nəticə toplayanlar isə 4366 nəfərdir. Deməli III qrupun DT altqrupunda dövlət sifarişli yerləri əsasən 430 baldan yuxarı şəxslər seçə bilər”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı