Dünya

Rusiya oğurladığı uşaqları geri qaytarmasa sülh olmayacaq

21 may / 23:18 1 dəq
Andriy yermak
21 may / 23:18
Burada sizin reklamınız ola bilər

ABŞ Senatının iki partiyadan olan senatorlar qrupu bir qətnamə təqdim edib. Qətnaməyə görə, Rusiya Federasiyası ilə heç bir sülh razılaşması Ukraynadan oğurlanmış bütün uşaqlar geri qaytarılmadan bağlana bilməz.

Qerbxeber.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Teleqram kanalında məlumat verib.

O qeyd edib ki, qətnamənin təşəbbüskarları respublikaçı Çak Qrassli və demokrat Emi Klobuçardır. Qətnaməni hər iki partiyanın nümayəndələri – Rocer Uiker, Conni Ernst, Rik Skott, Dik Dürbin və Con Fetterman da dəstəkləyib:

“Uşaqların oğurlanması təkcə hərbi cinayət deyil. Bu, bizim kimliyimizi silmək, millətin gələcəyini sındırmaq cəhdidir. Biz buna imkan verməyəcəyik. Senatorlara dəstəyə görə minnətdaram. Hər bir uşağın geri qaytarılması – bizim ümumi borcumuzdur. Bu, müharibənin başa çatmasının şərtidir”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı