Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Kiyevə intensiv hava hücumu həyata keçirilib

16 may / 11:17 2 dəq
1684211331 ve57vzvsgriotn242lljcsfozq
16 may / 11:17
Burada sizin reklamınız ola bilər

Rusiya bu gün gecə və səhər saatlarında pilotsuz uçuş aparatları, qanadlı raketlər və ehtimal ki, ballistik raketlərdən istifadə etməklə Kiyevə intensiv hava hücumu həyata keçirib.

 

“Qərb Xəbər” bildirir ki, bu barədə “Reuters” agentliyi şəhər rəsmilərinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, Ukrayna paytaxtı bu ay səkkizinci hava hücumuna məruz qalıb. Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko “Telegram” kanalında yazıb ki, gecə saatlarında başlayan hücum qısa müddətdə atılan raketlərin sayına görə “müstəsna” olub.

 

“İlkin məlumatlara görə, Kiyevin hava məkanında düşmən hədəflərinin böyük əksəriyyəti aşkar edilərək məhv edilib!”, – o qeyd edib.

 

Şəhər səmasında neçə obyektin vurulduğu hələlik məlum deyil. Ukrayna hücumların böyük əksəriyyətini dəf edə bilib.

 

Rəsmilərin bildirdiyinə görə, çərşənbə axşamı səmada vurulan raketlərin qalıqları Kiyevin Obolonski, Şevçenkivski, Solomyanski və Darnitski rayonlarına düşüb. Kiyev meri Vitali Kliçko bildirib ki, qalıqların düşməsi nəticəsində bir neçə avtomobil yanıb və paytaxtın qərbindəki Solomyanski rayonunda binaya ziyan dəyib. Üç nəfər yaralanıb.

 

O vurğulayıb ki, Borispolun cənubunda hava hücumundan müdafiə sistemləri pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumu dəf edir. Kiyevdən bir qədər cənub-şərqdə yerləşən Borispol paytaxtın əsas hava limanına ev sahibliyi edir.

 

Hərbi administrasiya qeyd edib ki, paytaxtın digər rayonlarına dəymiş ziyan ciddi deyil və potensial itkilər barədə hələlik məlumat yoxdur. O da bildirilib ki, çərşənbə axşamı səhər saatlarında Ukraynanın bütün ərazisində hava hücumu sirenləri işə düşüb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı