Gəncə şəhər stadionunun ərazisində süni örtüklü meydança salınacaq.
AFFA-nın rəsmi saytı xəbər verir ki, milli assosiasiya bununla bağlı tender elan edir. İnşaat işləri üçün tenderdə iştirak etmək istəyənlər təkliflərini və “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini 13 may 2019-cu il, saat 18:00-a qədər tender@affa.az elektron ünvanına göndərə bilərlər.