Bölgə xəbərləri

Türkiyəli skautlar Xocalı abidəsini ziyarət edəcəklər…

24 fevral / 17:08 1 dəq
74935d42 0375 4027 b6e6 39619c70d0b7
24 fevral / 17:08
Burada sizin reklamınız ola bilər

Türkiyənin paytaxtı Ankarada fəaliyyət göstərən ALFA Gənclik və İdman kulubunun üzvləri Qazaxda olublar.

“Qərbxəbər”in məlumatına görə, bu gecə ölkəyə daxil olan qonaqları Qazax Regional İnkişaf Resurları İctimai Birliyinin (Qazax RİRİB) sədri Məhərrəm Göyüşoğlu qarşılayıb.

M.Göyüşoğlu bildirib ki, qonaqlar yaxın üç gün ərzində Bakını gəzəcəklər. Fevralın 26-da isə Xocalı abidəsini ziyarət edəcəklər: “Türkiyənin Ankara, Adana, İskəndərun şəhərlərindən Azərbaycana gələn müxtəlif peşə sahiblərinin məqsədi Xocalı soyqırımını dünayaya çatdırmaqdır. Fikrimcə, bu addımı atmaqla bir daha Azərbaycanın və azərbaycanlıların yanında olduqlarını göstəriblər”, – deyə o bildirib.

ALFA Gənclik və İdman kulubunun rəhbəri Mustafa Köşkər M.Göyüşoğluna videomüsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Paylaş
Burada sizin reklamınız ola bilər