“Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə IV Grant Müsabiqəsi”nin qalibi olmuş “İbtidai siniflərdə şagirdlərin həyat bacarıqlarının fərdi qiymətləndirilməsi” adlı layihə təhsil üzrə 2020-ci ildə Qazaxda həyata keçirilən yeganə layihədir. Şagirdlərin həyat bacarıqlarının fərdi qiymərləndirilməsinə həsr olunmuş bu layihənin müəllifi Eyvazova Aygün, icraçı rəhbər Xasməmmədova Tahirədir.
İlk olaraq müəllim, şagird və valideyinlər virtual olaraq keçirilən təlim boyu yeni qiymətləndirmə ilə daha yaxından tanış edilib, qiymətləndirmənin mahiyyəti barədə məlumat verilib. 15.09.2020-ci il tarixində başlayan layihənin 17.03.2021-ci il tarixində yekunlaşmağı nəzərdə tutulub.
Ekspert layihənin başlanğıcında bir neçə sualla diaqnostik sorğu keçirib. Müəllim və valideyinlərə məlumat verilib ki, əgər şagird onu qane etməyən qiyməti düzəltməyə hüququ varsa, bunun sayəsində əldə olunan psixoloji nəticələr onu aşağıdakı hisslərə sövq edər;
- təsadüfi xoşagəlməz hallardan qorunma hissi;
- daha yaxşı nəticələr əldə etmək imkanı;
- özünütəkmilləşdirməyə, nailiyyətlərini yaxşılaşdırmağa olan həvəsi;
- özünə sabit müsbət münasibəti;
- seçim azadlığı və öz hərəkətlərinə görə məsuliyyət hissi.
Şagirdlər valideyinlərindən eşitdikləri nəsihətləri bir daha təlimçidən eşidiblər və əməl etməyə söz veriblər.