Hadisə

Ərdoğan:”Biz Terorun dəstəklənməsinə göz yuma bilmərik”

7 iyul / 19:40 1 dəq
ərdoğannnnnn
7 iyul / 19:40
Burada sizin reklamınız ola bilər

“Türkiyənin NATO-ya verdiyi töhfəni çox az ölkə verib”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Universitetinin məzunları ilə görüşündə deyib.

O bildirib ki, bəziləri bunu görə-görə hələ də saxta kampaniya aparır: “Halbuki biz NATO-nun açıq qapı siyasətini dəstəkləyirik. Finlandiyanın üzvlüyünü təsdiqləməklə bunu bir daha göstərdik. Amma terrorçuların dəstəklənməsinə də göz yuma bilmərik”.

R.T.Ərdoğan qeyd edib ki, terror və insanlıq anlayışları yanaşı işlənə bilməz: “Biz heç bir beynəlxalq təşkilatın nüfuzuna xələl gətirməmişik. Bizə sığınan heç bir məzlumu tək qoymamışıq. Odur ki, ölkəmiz əleyhinə aparılan kampaniyaları qınayıram. NATO-nun Vilnüsdə keçiriləcək sammitində də bu məsələləri açıq ifadə edəcəyik”.

Paylaş
Burada sizin reklamınız ola bilər