Azərbaycan güləşçisi Cəbrayıl Həsənov üçüncü dəfə Avropa çempionu olub.
Sərbəst güləş üzrə milli komandanın kapitanı bu gün keçirilməli olan final döyüşünə çıxmadan qızıl medala layiq görülüb.
79 kq çəki dərəcəsində çıxış edən C. Həsənov Rumıniyanın paytaxtı Buxarestdəki yarışın həlledici görüşündə Əhməd Qazıməhəmmədov görüşməli idi. Lakin yarımfinalda zədələnən rusiyalı iştirakını dayandırıb.
Qeyd edək ki, C. Həsənov 2010 və 2011-ci illərdə Avropa çempionu olub.