İdman

Mahir Emreli het-trik edib

18 may / 18:26 1 dəq
Ff5b9d50 1bd0 4fa0 a7d8 aa3c560fb4d3
18 may / 18:26
Burada sizin reklamınız ola bilər

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın “Nürnberq” komandasında het-trik edib.

Məlumata görə, 28 yaşlı hücumçu  II Bundesliqanın XXXIV turunda qarşılaşdıqları  “Ayntaxt Braunşveyq” kollektivinin qapısından özünün üçüncü qolunu keçirib.

O, 10, 20 və 45+1-ci dəqiqələrdə fərqlənib. Futbolçu ikinci qoldan sonra sarı vərəqə ilə cəzalanıb.

Hazırda davam edən görüşdə Emrelinin komandası 4:0 hesabı ilə öndədir.

Paylaş
Burada sizin reklamınız ola bilər