Tovuz rayon Cəlili kəndinin “Təzə məhəllə“ adlanan hissəsində sakinlər təbii qazın olmadığından şikayətlənirlər.
“Qəb Xəbər”in məlumatına görə, kəndin bir çox hissəsində olduğu halda bu əraziyə təbii qaz xətləri çəkilməyib. Aidiyyəti qurumlar tərəfindən işə baxılmaması vətəndaşların narazılığına səbəb olur.
30 ilə yaxın vaxtdır ki, ərazidə yaşayan 65 ailə dəfələrlə yerli Tovuz rayon Qaz İstismar İdarəsinə və ya yerli icra orqanlarına şikayət etsələr də, şikayətləri nəticəsiz qalıb.
Bölgə üzrə reportyorumuza danışan sakinlər, hər il yay aylarından odun tədarükü etdiklərini, odun olmadıqda isə həyətdəki meyvə ağaclarını kəsib yandırdıqlarını deyirlər. Odunun baha olması və gəlirlərinin az olması onları çarəsiz vəziyyətdə qoyur.
Onlar Dövlət başçısının verdiyi tapşırıqların və əmrlərin yerli icra orqanları tərfindən icra edilmədiyini, yazdıqları ərizə və şikayətlərin lazımi yerlərə çatdırılmadığını bildirirlər.
Ətraflı videoda: