Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
İqtisadiyyat

Azərbaycana turist axını artıb

22 iyul / 13:06 3 dəq
0da49325 689e 462d b3b8 24627f33193e
22 iyul / 13:06
Burada sizin reklamınız ola bilər

Bu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1410,7 min və ya 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Dövlət Sərhəd Xidmətindən bildirilib ki, gələnlərin 29,4%-i Rusiya, 24,3%-i Gürcüstan, 10,5%-i Türkiyə, 7,5%-i İran, 2,6%-i Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), 2,4%-i Səudiyyə Ərəbistanı, hər birindən 1,9% olmaqla Ukrayna və Hindistan, 1,5%-i Türkmənistan, hər birindən 1,4% olmaqla Böyük Britaniya, Qazaxıstan və İraq, 1,3%-i Pakistan, 12,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub.

Gələnlərin 68%-ni kişilər, 32%-ni isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar-iyun aylarında gələnlərin sayında daha çox artım Misir (83,1%), Türkmənistan (81%), Hindistan (80,3%), Çin (77,1%), Səudiyyə Ərəbistanı (76,7%), Macarıstan (52,4%), Böyük Britaniya (35,7%), Kanada (30,8%), Cənubi Koreya (29,5%), Almaniya (27,2%), Yaponiya (24,6%), Pakistan (24,4%), Gürcüstan (22,8%) və Polşa (20,2%) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24,3% artaraq 66,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 5% artaraq 502,5 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59,0%-i dəmir yolu və avtomobil, 40,2%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.

2019-cu ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən ölkə vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,8% artaraq 2 540,9 min nəfər olub. Ölkə vətəndaşlarının 39,1%-i İrana, 27,1%-i Gürcüstana, 18,1%-i Rusiya, 10,2%-i Türkiyəyə, 5,5%-i isə digər ölkələrə gedib. Gedənlərin 65,7%-ini kişilər, 34,3%-ini qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,4%, Gürcüstana gedənlərin sayı 11,3%, Rusiyaya gedənlərin sayı 7,3%, Türkiyəyə gedənlərin sayı isə 1,4% artmışdır.

Cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər etmiş ölkə vətəndaşlarının 83,4%-i dəmir yolu və avtomobil, 15,8%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı