Siyasət

Sərəncamlar və təyinatlar…

20 iyun / 18:16 2 dəq
890bd8d8 1a16 4161 87bd 53326d4f0202
20 iyun / 18:16
Burada sizin reklamınız ola bilər

Prezident İlham Əliyev Əli Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla Mədət Quliyev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunub.

M.Quliyev 2015-ci il dekabrın 14-dən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsində çalışırdı. O, Azərbaycan DTX-nin 1-ci rəisi idi.

Qeyd edək ki, ölkə başçısı “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli fərmanının ləğv edilməsi barədə də sərəncam imzalayıb.

Sərəncamla “Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli fərmanı ləğv edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər