Israil: “İranı Suriyadan çıxaracağıq”
İsrailin müdafiə naziri Yauv Qalant deyib ki, ölkəsi İranın Suriyada yerləşən hərbi bazaları və Tehrana bağlı silahlı qruplaşmalara qarşı əməliyyatlar keçirməyə hazırdır.
Qeyd edək ki, son günlər İsrail ordusu Suriyada İrana bağlı silahlı qruplaşmaların mövqelərinə bir neçə dəfə zərbələr endirib.
Son iki hava zərbələri nəticəsində iki SEPAH zabiti həlak olub, çox sayda hərbçi yaralanıb.
GünazTV





