“Gəncə Bank”ın əmlakı hərraca çıxarılır
Sentyabrın 14-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Gəncə Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə açıq hərrac keçiriləcək.
“Qərb Xəbər” bildirir ki, bu barədə bankların ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Məlumata görə, söhbət Gəncə şəhəri, Atatürk prospekti, 254 ünvanında yerləşən, ümumi sahəsi 72 kv.m. olan mənzildən gedir. Əmlaka 180 min manat qiymət qoyulub.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı