“Koronavirusla əlaqəli fövqəladə vəziyyət baş verməsə, yeni tədris ilinin sentyabrın 15-də başlanması planlaşdırılır”.
“Qərb Xəbər” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Məsələ ilə bağlı “Qərb Xəbər”ə danışan infeksionist-hepatoloq Mərdan Əliyevin sözlərinə görə, dövlət səviyyəsində çoxda qapanmaların olacağını gözləmirik:”Yaxın gələcəkdə yalnız maska və peyvənd sertifikatının olması məcburi olacağı gözlənilir. Təhsillə bağlı qapanmalarda isə əgər sinifdə uşaqların sayında yoluxma olarsa bu zaman sinif onlayn təhsilə keçir və əgər məktəbdə bir neçə sinifdə yoluxma aşkar olunarsa bu zaman məktəbin onlayn təhsilə keçirilməsi məqsədə uyğun olabilər”.
Mərdan Əliyev qeyd edib ki, bütün təhsil sisteminin onlayn təhsilə keçməsi yalnız pillə-pillə yerinə yetirilə bilər:”Yəni ki yoluxma sayının əvvəlki illərdəki kimi çox olacağını gözləmirik, ona görədə birdən-birə yoluxma artdı və təhsil sistemi bütünlüklə onlayn sistemə keçəcək deyə bir şey olmayacaq. Bu yalnız pillə-pillə həyata keçirilə bilər. Ümumiyyətlə şəhər məktəblərində kənd məktəblərinə nisbətən yoluxma sayı çox olur. Düşünürəm ki, şəhər məktəblərində yoluxma sayının çoxluğuna görə kənd məktəblərində təhsilin onlayn təhsilə keçməsi düzgün deyil”.
Ülviyyə Həsənli.
Qərb Xəbər.