Qazax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Qərb Xəbər” bildirir ki, hadisə Qazax şəhərində baş verib.
Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, 1975-ci il təvəllüdlü Aslan Məmmədov ağır xəsarətlər alıb.
O, xəstəxanaya aparılsa da, öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.