Fövqəladə Hallar Nazirliyi (FHN) Qazax rayonunun Ağköynək kəndində baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
“Qərb Xəbər” xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Qazax rayonunun Ağköynək kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
“KİA” markalı minik avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində Ağköynək kənd sakinləri, 1982-ci il təvəllüdlü Qaragözov Kamil İsrail oğlu və 1981-ci il təvəllüdlü Vəliyev Rəşad Musa oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.
Onların meyitləri əzilmiş avtomobildən Fövqəlаdə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.