“NATO-nun növbəti sammitində Ukraynada sülhməramlı missiyanın tətbiqi məsələsinə baxılacaq”.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski deyib.
“Ukraynaya NATO-nun sülhməramlı missiyasının göndərilməsi təklifi çox önəmlidir. Ukrayna suveren dövlətdir və öz ərazisində istədiyini etmək hüququ var. Qadınlar və uşaqlar, mülki şəxslər öldürülərkən onun başqa ölkələrdən qoşun dəvət etmək hüququ var. Belə bir sülhməramlı missiya, şübhəsiz ki, Ukraynanın əksər hissəsinə sülh və əmin-amanlıq gətirəcək. Mən Putinin NATO-ya hücum etməyə cəsarət etdiyini düşünmürəm”, – deyə Morvetski bildirib.
Xatırladaq ki, eyni zamanda Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibi Yens Stoltenberq Alyansın Ukraynaya qoşun yeritməyəcəyini qeyd edir.