İqtisadiyyat

MB: Problemli kreditlər 24,5% azalıb

22 aprel / 11:00 1 dəq
62624e1fd4cf362624e1fd4cf4165060969562624e1fd4cee62624e1fd4cf0
22 aprel / 11:00
Burada sizin reklamınız ola bilər

Bu ilin aprelin 1-nə Azərbaycanda ödəmə vaxtı keçmiş kreditlərin həcmi 685,2 mln. manat təşkil edib ki, bu göstərici mart ayı ərzində 0,7% azalıb.

“Qərb Xəbər”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Bildirilir ki, illik müqayisədə problemli kreditlərin həcmi 24,5% azalıb.

Sözügedən kreditlərin ümumi portfeldəki payı 3,8% təşkil edib. Qeyd olunan göstərici, ötən ilin müvafiq dövrünə nəzərən 6,2 faiz bəndi azalıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı