Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Şuşanın 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı seçilməsi ilə bağlı sosial şəbəkədə paylaşım edib.
“Qərb Xəbər” məlumat verir ki, diplomat Tvitter səhifəsində yazıb:
“Qədim şəhərlərimizdən Burasımız Türk Dünyasının 2022-ci il Mədəniyyət Paytaxtı, qardaş Azərbaycanın qədim şəhəri Şuşa isə Türk Dünyasının 2023-cü il Mədəniyyət Paytaxtı seçilib. Nə gözəl! Bir milləti və dövləti ayaqda saxlayacaq şey onun mayası mədəniyyət, dil, din, bayraq və tarixinə sahib çıxmaqdır”, – o vurğulayıb.