Kateqoriyasız

Azərbaycanda koronavirusa yoluxanların sayı artır

13 oktyabr / 17:37 1 dəq
38c12e16 b951 348f a4e5 15cd1dd21315
13 oktyabr / 17:37
Burada sizin reklamınız ola bilər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 64 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, bu gün COVID-19-dan 3 ölüm faktı qeydə alınıb.

Hazırkı dövrədək ölkədə 42 min 381 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 468 nəfər müalicə olunaraq sağalıb, 612 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 301 nəfərdir. 

Ötən müddət ərzində 1 milyon 187 min 136 test aparılıb. Bugünkü test sayı isə 6 865-dir.

Paylaş
Burada sizin reklamınız ola bilər