Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Ev almaq istəyən hərbçilərin nəzərinə!

20 aprel / 11:21 3 dəq
677a8b24 b0c9 31a9 946f 4fff12d8cc6b
20 aprel / 11:21
Burada sizin reklamınız ola bilər

Müdafiə Nazirliyi ev almaq istəyən hərbçi qulluqçulara müraciət edib.

“Qərb Xəbər”in xəbərinə görə, bu barədə nazirliyin yaydığı müraciətdə deyilir:

“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq xidmət müddətində məhkumluğu aşkar edilmiş ehtiyatda olan (zabit, gizir, “miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunmaları üçün Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Komissiyaya aşağıdakı sənədlər təqdim edilməlidir:

– Dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma barədə ərizə;

– Hərbi qulluqçu barədə çıxarılmış məhkəmə hökmü (əsli və ya notarial təsdiqi);

– Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya üzərindən götürülməsi barədə arayış (əsli və ya notarial təsdiqi).

Ehtiyatda olan (zabit, gizir, “miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma növbəsinə alınması yuxarıda qeyd olunan Fərmanın 3.1-ci bəndində göstərilən tələblərə və sənədlərin təqdim edilmə ardıcıllığına uyğun olaraq həyata keçiriləcək.

Daxil olan müraciətlər komissiya tərəfindən araşdırıldıqdan sonra Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox xidmət etmiş ehtiyatda olan (zabit, gizir, “miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların sənədləri dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma növbəsinə alınması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndəriləcək.

Sənədlərin təqdim olunacağı ünvan: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi (Süleyman Dadaşov küçəsi 2)”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı