Ərdoğan ŞKTR-nın yeni seçilmiş Prezidentini təbrik edib
Şimali Kipr Türk Respublikasında keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə görə bu gün prezident seçilən cənab Tufan Erhürmanı təbrik edirəm”.
Qerbxeber.com xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X” hesabında paylaşımında qeyd edib.
“ŞKTR-də keçirilən seçkilərin qeyri-rəsmi nəticələrinə görə bu gün prezident seçilən Tufan Erhürmanı təbrik edirəm. ŞKTR-in demokratik yetkinliyini bir daha nümayiş etdirən, kiprli türk qardaşlarımızın iradəsini seçki qutusunda əks etdirən bu seçkinin ölkələrimiz və bölgəmiz üçün faydalı olacağına ümid edirəm. Türkiyə olaraq ŞKTR-in suverenlik hüquq və mənafelərini kiprli türk qardaşlarımızla birlikdə hər platformada müdafiə etməyə davam edəcəyik”, – Ərdoğan vurğulayıb.
Qeyd edək ki, Şimali Kipr Türk Respublikasında (ŞKTR) oktyabrın 19-da keçirilən prezident seçkilərində ilkin nəticələrə görə, Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qələbə qazanıb. O, adada federasiya qurulmasının tərəfdarı kimi tanınır.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı