Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Bir sıra ölkə vətəndaşlarının ABŞ-yə girişinə ciddi məhdudiyyətlər qoyulacaq

15 mart / 09:27 2 dəq
67d4c46ea2dca67d4c46ea2dcb174199716667d4c46ea2dc867d4c46ea2dc9
15 mart / 09:27
Burada sizin reklamınız ola bilər

ABŞ hakimiyyəti Rusiya və Belarus da daxil olmaqla 43 ölkənin vətəndaşları üçün giriş qaydalarını sərtləşdirməyi planlaşdırır.

Qerbxeber.com xəbər verir ki, bu barədə “New York Times“ (NYT) öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqton sərhədlərini ruslar və belaruslar üçün tamamilə bağlamayacaq, ancaq bizneslə bağlı işlər üçün ABŞ-yə səfər edən zəngin sahibkarlar viza ala biləcəklər.

ABŞ hökumətindəki mənbələr xəbər verir ki, Rusiya və Belarusdan gələn turistlər və miqrantlar çox güman ki, imtina ilə üzləşəcəklər.

ABŞ-yə yeni giriş qaydaları bundan başqa daha 41 ölkəyə təsir edəcək. Dövlət Departamentinin bu ölkələri üç kateqoriyaya bölməyi təklif etdiyi bildirilir.

Birinci qrupa daxil olan ölkələrin vətəndaşlarına ABŞ sərhədini keçmək qadağan ediləcək. Bunlara Əfqanıstan, Butan, Venesuela, İran, Yəmən, Şimali Koreya, Kuba, Liviya, Suriya, Somali və Sudan daxildir.

İkinci kateqoriya üçün ABŞ-yə səfərlə bağlı məhdudiyyətlər nəzərdə tutulur. Söhbət Rusiya və Belarusla yanaşı Haiti, Laos, Myanma, Pakistan, Syerra-Leone, Türkmənistan, Eritreya və Cənubi Sudanın da daxil olduğu 10 ölkədən gedir.

Üçüncü qrupa isə vətəndaşları haqqında məlumatın yetərli olmadığı və bunun üçün ABŞ-yə girişi ya qismən, ya da tam qadağan edilməsi tələb olunan ölkələr daxildir. Bunlar Anqola, Antiqua və Barbuda, Benin, Burkina Faso, Vanuatu, Qambiya, Dominikan Respublikası, DR Konqo, Zimbabve, Kabo-Verde, Kamboca, Kamerun, Konqo, Liberiya, Mavritaniya, Malavi, Mali, Sao Tome və Prinsipi, Sent-Kits və Nevis, Sent Lüsiya, Çad və Ekvatorial Qvineya kimi ölkələrdir.

Məlumatda bildirilir ki, təqdim olunan ölkələrin siyahısı və onların qruplara bölünməsi Dövlət Departamenti tərəfindən bir neçə həftə əvvəl hazırlanıb və bu siyahılarda dəyişiklik edilməsi mümkündür.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı