Dünya

Uitkoff: HƏMAS atəşkəsin uzadılmasına razılıq verməsə ABŞ tədbir görəcək

15 mart / 09:24 1 dəq
67d4b1b1c509467d4b1b1c5095174199236967d4b1b1c509267d4b1b1c5093
15 mart / 09:24
Burada sizin reklamınız ola bilər

HƏMAS Qəzza zolağında atəşkəsin uzadılmasına tezliklə razılıq verməsə ABŞ ona qarşı tədbir görəcək.

Qerbxeber.com xəbər verir ki, bu xəbərdarlıq ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin Milli Təhlükəsizlik Şurasının əməkdaşlarının birgə yazılı bəyanatında yer alıb.

“Çərşənbə axşamı Dohada Stiv Uitkoff və Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə baş direktoru Erik Treyger Qəzzada daimi atəşkəslə bağlı məsələləri müzakirə etmək məqsədilə atəşkəsin Ramazan və Pasxa bayramlarından sonra da uzadılmasına dair müvəqqəti təklif təqdim ediblər”, – sənəddə qeyd edilir.

Paylaş
Burada sizin reklamınız ola bilər