Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün avqust ayı üzrə bütün pensiyaların ödənişini başa çatdırıb.
“Qərb Xəbərin” məlumatına görə, dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərə də avqust ayının pensiyaları ödənilib.
Xüsusi karantin rejimi ilə əlaqədar olaraq, pensiyaçılar istənilən bankın bankomatlarından öz pensiyalarını əldə edə bilərlər. Bu zaman heç bir faiz tutulmayacaq.