Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Ağsuda “İKT Qızları” adlı layihə keçirilir

23 iyun / 14:11 2 dəq
WhatsApp Image 2021 06 23 at 12.26.18 AM
23 iyun / 14:11
Burada sizin reklamınız ola bilər

Ağsunun Ərəbmehdibəy kəndində İKT Qızları adlı layihənin icrasına başlanılıb.

“Qərb Xəbər”in məlumatına görə, layihə rəhbəri Xəyalə Nadir bildirib ki, Ərəbmehdibəy kəndi Ağsu rayon mərkəzindən 35 km uzaqlıqdadır və dağətəyi kənddir. Layihə çərçivəsində həmin kənddən 5 qrup olmaqla, 15 nəfər qadın (13 – 25 yaş arası qadınlar) cəlb olunub.

Beləliklə, hədəfimiz Ərəbmehdibəy kəndindən ən az 15 nəfər qadının həyatında müsbət dəyişiklik etməkdir. Layihədən birbaşa qızlar, amma dolayısı yolla onların ailəsi və bütün icma  faydalanacaq. Həftənin 4 günü kompyuter kursları keçirilir, hər mövzunun sonunda iştirakçıların mənimsəmə qabiliyyəti yoxlanılır.

Qeyd edək ki, kurslarda, Microsoft Office (Word, Excel, PowerPoint) proqramları, internet və e-mailin açılması, səmərəli istifadəsi və qızların inkişafına yararlı ola biləcək saytlardan qeydiyyatdan keçmək qaydaları tədris edilir.

Layihənin məqsədləri qızları informasiya kommunikasiya texnologiyaları haqqında məlumatlandırmaq, qızların İKT bacarıqlarını inkişaf etdirmək, qızların internetdən səmərəli istifadəsini öyrətmək, kənd qızlarının sosiallaşdırılması, aktivləşdirilməsi və cəmiyyətə inteqrasiyasını təmin etmək və qızlarda özünüdərk, özünəinam və şəxsi inkişaflarına nail olmaqdır.

Layihə 2021- ci ilin iyun ayından etibarən fəaliyyətə başlayıb.

Qeyd edək ki, “İKT QIZLARI” layihəsi Amerika Səfirliyinin maliyyə dəstəyi ilə keçirilən “Changemakers” layihəsinin qaliblərindən biri olub. 

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı