Bölgə xəbərləri

Stefan Düjarrik: “BMT İranda edamları dərhal dayandırmağa çağırır”

9 dekabr / 09:41 1 dəq
Indir 2022 12 09T094121.183
9 dekabr / 09:41
Burada sizin reklamınız ola bilər

“BMT İranda edamları dərhal dayandırmağa çağırır”.

“Qərb Xəbər” xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Düjarrik jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölüm cəzası yaşamaq hüququna ziddir: “Biz ölüm hökmünün tətbiqinə qəti şəkildə qarşıyıq. BMT-nin İnsan Hüquqları üzrə Komitəsindəki həmkarlarımıza qoşularaq, bu edamları dərhal dayandırmağa çağırırıq”.

Qeyd edək ki, İranda keçirilən etiraz aksiyalarında iştirak edən Möhsün Şekari barəsində məhkəmənin çıxardığı edam hökmü dekabrın 8-də səhər saatlarında icra olunub.

Paylaş
Burada sizin reklamınız ola bilər