Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Almaniya Ukraynaya “Patriot” sistemləri və PUA-lar göndərəcək

21 iyul / 20:52 2 dəq
Patriot sistemləri
21 iyul / 20:52
Burada sizin reklamınız ola bilər

Almaniya Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək məqsədilə yaxın zamanda bu ölkəyə beş ədəd “Patriot” hava hücumundan müdafiə sisteminin çatdırılmasına yardım edəcək.

Qerbxeber.com xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın müdafiə sahəsinə dair keçirilmiş virtual görüşdə bəyanatla çıxış edib.

Nazir bildirib ki, Berlin bu məsələdə ABŞ-la koordinasiyalı şəkildə hərəkət edəcək:

“Keçən həftə Vaşinqtona səfərim zamanı mən Pit Heqsrlə razılaşdım ki, Almaniya təcili ehtiyac duyulan beş “Patriot” sisteminin operativ şəkildə çatdırılmasına töhfə verəcək. Qarşıdakı günlərdə tərəfdaşlarla birlikdə bunun necə həyata keçiriləcəyini koordinasiya edəcəyik”.

Boris Pistorius, həmçinin Ukrayna istehsalı olan uzunmənzilli pilotsuz uçuş aparatlarının (PUA) alınmasının Almaniya tərəfindən maliyyələşdiriləcəyini açıqlayıb.

“Bu sistemlər döyüş meydanında artıq öz effektivliyini sübut edib. Almaniya tərəfindən maliyyələşdirilən ilk partiya yaxın günlərdə Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcək və dərhal istifadəyə hazır olacaq”, – nazir bildirib.

Nazir əlavə edib ki, Almaniya və Böyük Britaniya Ukrayna üçün 220 min ədəd 35 mm-lik “Gepard” zenit qurğusu üçün sursat təqdim edəcək.

Pistorius vurğulayıb ki, Almaniya Ukrayna ilə müdafiə sənayesi sahəsində sıx texniki əməkdaşlıq qurmaq niyyətindədir və bu məqsədlə əlavə investisiyalar da nəzərdə tutulur.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı