Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Ermənistan ordusunun sayı azaldılır-Əliyevin tələbidir?

12 sentyabr / 18:48 2 dəq
Aliyev
12 sentyabr / 18:48
Burada sizin reklamınız ola bilər

Ermənistan hökuməti 2026-cı ilin yay çağırışından həyata keçirilməsi planlaşdırılan icbari hərbi xidmət müddətinin iki ildən bir il yarıma endirilməsi layihəsini müzakirəyə çıxarıb.

Qerbxeber.com bildirir ki,bu barədə Axar.az erməni mediasına istinadən xəbər yayıb.

“Layihənin əsaslandırılmasında bildirilir ki, son illər müqaviləli hərbi xidmətin genişləndirilməsi, o cümlədən “Vətənin müdafiəçisi” proqramı, peşəkar çavuş, hərbi qulluqçu sisteminin genişləndirilməsi istiqamətində fəal addımlar atılıb, hərbi qulluqçuların attestasiyası, habelə uzunmüddətli xidmətə görə hərbi təqaüd saxlanılmaqla sərhədyanı rayonlarda müqaviləli xidmət təşkil edilib və buna görə də icbari xidmət müddəti azaldıla bilər”, – məlumatda vurğulanır.

“Hraparak” yazıb ki, guya MN-də bununla bağlı bəzi yüksəkrütbəli zabitlər etiraz edib, çünki bu, iki il ərzində ordunun sayının 4-5 min nəfər azalacağı anlamına gəlir.

Hakim komandadan isə izah edilib ki, sülh müqaviləsi imzalanır və “sülh dövründə bizim hesablamalarımız tam özünü doğruldacaq”.

Müxalif nəşr bunu “seçki ərəfəsində populist qərar” adlandırmaqla bərabər, həm də Azərbaycan liderinin tələbi ilə əsaslandırmağa çalışıb. İddia edib ki, bu, Ermənistan ordusunun demilitarizasiyası tələbinin yerinə yetirilməsi istiqamətində addımdır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı