Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Gəncədə şəhid ailələri üçün iftar süfrəsi açılıb

15 may / 09:21 2 dəq
Iftar tedbir 150519
15 may / 09:21
Burada sizin reklamınız ola bilər

Gəncə şəhəri “İmamzadə ziyarətgah” kompleksində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib.

Tədbirdə Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, “İmamzadə ziyarətgah” kompleksinin imamı Etibar Məmmədov, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları və bölgənin din xadimləri iştirak ediblər.

Fondun icraçı direktorunun müavini Rəfi Qurbanov tədbir iştirakçılarını salamlayaraq onları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib.

Ramazan ayının dini, mənəvi və sosial mahiyyətindən danışan R.Qurbanov qeyd edib ki, bu mübarək ay Allah qarşısında sədaqət və bəndəlik, insanlar arasında birlik, bərabərlik və həmrəyliyi tərənnüm edir.

İştirakçıları sevgi və mərhəmət dolu Ramazan ayı münasibətilə təbrik edən “İmamzadə ziyarətgah” kompleksinin imamı Etibar Məmmədov diqqətə çatdırıb ki, oruc tutan hər bir müsəlman dinimiz qarşısında öz borcunu yerinə yetirir. Ramazan ayında tutulan oruc insanın paklığına, iman və iradəsinin saflaşmasına xidmət edir.

İftar mərasimində Qurani-Kərimdən ayələr oxunub, dualar səslənib.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı