Əməkdar artist Aybəniz Haşımova Rusiyanın Ukraynaya hücumuna münasibət bildirib.
“Qərb Xəbər” məlumat verir ki,o, instaqramda canlı yayımda Rusiyanın Prezidenti Vladimir Putinə səslənib:
“Yekə kişisən, otur yerində. Bezdik bunun hoqqalarının əlindən. Nə qədər hoqqa açacaqsan. Elə bil dünyanın ağasıdır. Sən dünyanın ağası deyilsən, Putin. Get otur, Rusiyada öz ölkəni idarə et. Sənin nə işin var camaatla. Bütün dünya onu lənətləyir. Hamının gözündən düşüb”.
Onun bu çıxışı müzakirələrə səbəb olub.