“Oruc tutan zaman uzun müddət ac qalıb, axşam çox qidalandıqda həzm sistemi narahat olur. Bu zaman köp, epiqastral ağrılar yaranır”.
APA xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-terapevti Jalə İbrahimova deyib. Onun sözlərinə görə, bu səbəbdən yatmazdan iki saat əvvəl qida qəbulunu dayandırmaq lazımdır:
“Bundan əlavə, məktəblilərə, ali məktəbə hazırlaşanlara, zehni fəaliyyətlə məşğul olanlara oruc tutmaq məsləhət görülmür. Çünki uzun müddət ac və susuz qalmaq zehni fəaliyyətə mənfi təsir göstərir” – o deyib.