Nyu-York əhalisi şəhəri tərk edir
Kanadada başlayan meşə yanğınlarının tüstüsü Nyu-York və Filadelfiya şəhərləri başda olmaqla bir çox bölgəni bürüyüb.
Tüstünün yaratdığı təhlükəli hava səbəbilə Nyu-Yorkdakı bəzi sakinlər evlərini təcili satışa çıxarıb.
“Google” axtarış məlumatlarının təhlili nəticəsində “evimi sat” üzrə axtarışların bir həftə ərzində 4 dəfə artdığı məlum olub.
Qeyd edək ki, meşə yanğınlarının tüstüsü səbəbilə Nyu-Yorkda hava çirkliliyi indeksi 8 dəfə artıb.
Hadisə səbəbilə şəhərdə fövqəladə hal elan edilib və əhaliyə evdən çıxmamaları tövsiyə olunub.



