Dünya

Bu gün Çempionlar Liqasının final oyunu keçiriləcək

10 iyun / 08:25 2 dəq
95bdcfd9 4c6b 3dd0 96df 7179d6c581d0
10 iyun / 08:25
Burada sizin reklamınız ola bilər

Bu gün UEFA Çempionlar Liqasında (ÇL) 2022/2023 mövsümünün final oyunu keçiriləcək.

“Qərb Xəbər”in məlumatına görə, Türkiyənin İstanbul şəhərində oynanılacaq həlledici görüşdə İngiltərənin “Mançester Siti” və İtaliyanın “İnter” komandaları üz-üzə gələcəklər.

Atatürk Olimpiya Stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

İstanbulun ikinci dəfə ev sahibliyi edəcəyi ÇL finalında yenə ingilis – italyan dueli baş tutacaq. 2004/2005 mövsümündə bu arenada “Milan” və “Liverpul” arasında keçirilmiş tarixi oyunda mersisaydlılar möhtəşəm geridönüş edərək titula sahib çıxıblar. İngiltərə təmsilçisi ilk hissədən sonra 0:3 hesabı ilə geri düşsə də, ikinci yarıda 3 qol vuraraq, matçın əvvəlcə əlavə vaxta, ardınca isə penaltilər seriyasınadək uzanmasına nail olub. 11 metrlik cərimə zərbələri zamanı daha dəqiq (3:2) oynayan ingilislər yekunda qələbəni bayram ediblər.

Çempionlar Liqasında ikinci dəfə finala yüksələn “Mançester Siti” hələ bu turnirdə qalib olmayıb. “İnter” isə ÇL-də oynadığı 6 finalın yarısından qələbə ilə ayrılıb.

UEFA Çempionlar Liqası
Final
10 iyun

23:00. “Mançester Siti” (İngiltərə) – “İnter” (İtaliya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
İstanbul, Atatürk Olimpiya Stadionu

Qeyd edək ki, Çempionlar Liqasının hələlik son qalibi İspaniyanın “Real Madrid” klubudur.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı